Çelsi nin qapıçısı başından zədə ALDI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İngiltərə çempionatının VII turunda keçirilən "Everton" - "Çelsi" qarşılaşmasında London təmsilçisinin qapıçısı Emiliano Martines başından zədə alıb.
Redaktor.az verir ki, hadisə ikinci hissənin ortalarında qeydə alınıb.
"Everton"un futbolçusu ilə top uğrunda mübarizə aparan Martines toqquşma nəticəsində zədələnib. Hadisədən sonra tibb işçiləri meydana daxil olaraq argentinalı qapıçıya ilk yardım göstəriblər və ona oksigen maskası taxıblar.
Müstəqil şəkildə meydanı tərk edə bilməyən qolkiper xərəklə kənara çıxarılıb. Onu qapıda belçikalı həmkarı Mayk Penders əvəzləyib.
Avqustun 30-da "Çelsi"yə transfer olunan 34 yaşlı qapıçı bundan əvvəl "Aston Villa"nın şərəfini qoruyub.
Qeyd edək ki, səfərdə keçirilən qarşılaşmada "Çelsi" "Everton"u 2:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Oktyabr 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















