Çelsi nin sabiq ulduzu rəhbərliyi Osimhenlə bağlı hərəkətə keçməyə çağırdı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
''Çelsi''nin sabiq ulduzu Con Obi Mikel növbəti dəfə Viktor Osimhenlə bağlı maraqlı açıqlamalar verib.
Daha öncə həmyerlisinin bu yay dəfələrlə ''Çelsi''yə keçəcəyini iddia edən Obi Mikel yenə London nəhənginə məsləhətlər verib:
''Osimhenin gələn mövsüm ''Çelsi''dən başqa bir klubun şərəfini qoruya biləcəyi fikrini yaxına belə buraxmaq istəmirəm. Mən, o və ''Çelsi'' arasında qurulan xoş münasibəti nəzərə alsaq, onu əldən vermək fəlakət olacaq. Onun oyun tərzinə fikir verin. Ondakı aclıq, istək heç bir futbolçuda yoxdu. Hər həftə ya qol vurur, ya da məhsuldar ötürmə verir. ''Çelsi''yə də məhz belə futbolçu lazımdı. Həm də Osimhen uşaqlıqdan ''Çelsi''ni dəstəkləyərək böyüyüb. Droqba onun kumiri idi. Daha öncə də söyləmişdim. Onun qanı mavidi və qəlbi ''Stemford Bric'' ilə döyünür. ''Çelsi'' istəsə, bu transferi çox rahat və sürətli şəkildə tamamlaya bilər. Sadəcə bir zəng kifayətdi. Eləcə də sənəd işləri bir neçə gün davam edəcək. Yəni mən bacardığımı artıq eləmişəm. İndi söz ''Çelsi''nindi''.
Qeyd edək ki, müqavilə ilə ''Napoli''yə məxsus olan Osimhen icarə əsasında çıxış etdiyi ''Qalatasaray''da 40 oyuna 36 qol vurub və Türkiyədə bu mövsüm bir sıra rekordları yeniləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 22 May 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















