Çelsi öz meydanında Tottenhem ə UDUZDU
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Tottenhem" İngiltərə Premyer Liqasının (İPL) səkkizinci turu çərçivəsində London derbisində "Çelsi"ni məğlub edib.
Redaktor.az xəbər verir ki, "Stemford Bric"dəki görüş 2:0 hesabı ilə başa çatıb.
77-ci dəqiqədə "Çelsi"nin qapıçısı Mayk Penders öz qapısına qol vurub. Künc zərbəsindən sonra belçikalının topu yumruğu ilə uzaqlaşdırmağı uğursuz olub. 80-ci dəqiqədə "Çelsi"nin ingiltərəli yarımmüdafiəçisi Koul Palmer ikinci sarı vərəqəni aldıqdan sonra meydandan kənarlaşdırılıb. Yekun hesabı "Tottenhem"in fransalı hücumçusu Matis Tel müəyyənləşdirib.
"Tottenhem" İngiltərə çempionatında ardıcıl ikinci qələbəsini qazanıb. Ötən turda komanda öz meydanında "Koventri"ni məğlub edib (3:1). Turnirin cari mövsümündə "Tottenhem"in aktivində başqa qələbə yoxdur. Klub 9 xalla turnir cədvəlində 12-ci yeri tutur.
"Çelsi" İngiltərə çempionatında üçüncü məğlubiyyətini alıb. Komanda 13 xal toplayaraq 4-cü pillədə qərarlaşıb. Mövsümlərarası fasilədə "Çelsi"yə ispaniyalı Xabi Alonso rəhbərlik etməyə başlayıb.
Növbəti turda "Çelsi" oktyabrın 31-də "Mançester Yunayted"i qəbul edəcək. "Tottenhem" isə həmin gün evdə "Kristal Pelas"a qarşı oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Oktyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















