Çelsinin futbolçusundan yeni rekord
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer yeni rekorda imza atıb.
"Unikal" "Opta"ya istinadən xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"ə 2 qol vurmaqla nail olub.
22 yaşlı futbolçu 2024-cü ildə İngiltərə Premyer Liqasında 25 qola və 13 qol ötürməsinə imza atıb. Nəticədə Palmer "Çelsi"nin tarixində 1 il ərzində ən çox məhsuldar hərəkət edən futbolçu olub.
Ümumilikdə, Palmer İngiltərə çempionatında "Çelsi"nin heyətində 48 oyunda 33 qola və 17 qol ötürməsinə imza atıb. Onun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" internet portalı Koulun transfer dəyərini 90 milyon avro qiymətləndirir.
Baxış sayı:118
Bu xəbər 09 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















