“Çelsi”nin qapıçısının çənəsi sındı Əməliyyat olunacaq
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Çelsi”nin qapıçısı Emiliano Martines İngiltərə Premyer Liqasının yeddinci turunda “Everton”la keçirilən oyundan (2:0) sonra çənə sınığı diaqnozu ilə üzləşib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Qaston Edul X sosial şəbəkəsində məlumat yayıb.
Hadisə ikinci hissənin ortalarında baş verib. Cərimə zərbəsindən ötürmə zamanı Martines rəqib müdafiəçi Cerrad Brantueytlə toqquşaraq yerə yıxılıb. Qapıçıya təxminən on dəqiqə tibbi yardım göstərilib, daha sonra xərəkdə meydandan çıxarılıb.
Məlumata görə, Martines xəstəxanaya çatdırılıb və müayinə zamanı onun çənəsinin sındığı müəyyən edilib. Qapıçının başının tomoqrafiyası aparılıb, həmçinin bel və boyun nahiyələri yoxlanılıb. Müayinələrin nəticələri normal olub.
Futbolçunun əməliyyat olunacağı bildirilir.
Qeyd edək ki, 34 yaşlı Emiliano Martines Argentina millisinin heyətində dünya çempionu olub və iki dəfə dünyanın ən yaxşı qapıçısı seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 18 Oktyabr 2026 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















