Cem Yılmaz yenə diqqət mərkəzinə düşüb FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin sevilən komediya ustalarından olan 53 yaşlı Cem Yılmaz “X” platformasında yayılan görüntü səbəbilə diqqət mərkəzinə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, Mərakeş Sultanı Moulay Yusifin Parisə rəsmi səfərinə aid olduğu iddia edilən 100 illik görüntülərdə yer alan şəxsin Cem Yılmaza bənzədiyi iddia olunub.
1926-cı ildə çəkildiyi bildirilən kadrlarda ənənəvi geyimdə olan şəxsin üz cizgiləri və mimikaları Cem Yılmaza bənzərliyi ilə istifadəçiləri təəccübləndirib və qısa zamanda sosial media istifadəçilərinin gündəminə çevrilib.
Mövzu ilə bağlı Cem Yılmaz da şəxsi Instagram hesabında paylaşım edərək zarafatla münasibət bildirib.
O, “Mən Mərakeş şahzadəsi deyiləm. Sadəcə mərasim üçün cəmi iki saatlıq orada idim. Belə şeylər olur, edilir” sözləri ilə izləyicilərini güldürüb.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:112
Bu xəbər 02 May 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















