Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Cəmi 150 min əhalisi olan ölkə DÇ yə gedir turizm, fahişəlik və qumar adasını tanıyın

Cəmi 150 min əhalisi olan ölkə DÇ yə gedir turizm, fahişəlik və qumar adasını tanıyın

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yəqin ki, Kurasao milli komandasının 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazandığından xəbərdarsınız. Uzaq Karib adası təmsilçisi olan yığma ilk dəfə mundialda iştirak edəcək. KONKAKAF zonasının seçmə mərhələsinin üçüncü raundunda komanda Yamayka ilə 0:0 hesablı heç-heçədən sonra mundiala vəsiqəni rəsmiləşdirib. Yığma B qrupunu 12 xalla lider tamamlayıb. Onlar eyni zamanda rekorda imza atıblar. Kurasao dünya çempionatları tarixində əhalisi ən az olan ölkə kimi (150 000 nəfər) turnirdə iştirak edəcək. Onlar Azərbaycan millisinin seçmə mərhələdə hər iki görüşdə məğlub olduğu (0:5, 0:2), 400 min əhalisi olan İslandiyanın rekordunu yeniləyiblər.

Düzdür, Kurasaonun bu uğurunda turnirin iştirakçı sayının 32-dən 48-ə artırılması böyük rol oynayıb. Bunu inkar etmək çətindir. Əvvəllər Şimali və Mərkəzi Amerika, Karib hövzəsi və Surinamı birləşdirən KONKAKAF-dan mundiala ABŞ, Meksika və daha 1–2 komanda vəsiqə qazanırdısa, indi birbaşa 6 yer ayrılıb. Pley-off nəticəsində isə say 8-ə də çata bilər. Amma belə şəraitdə də Kurasaonun nəticələri sensasiya hesab olunur. Çünki Mərkəzi Amerikada kifayət qədər güclü komandalar var. Bunlardan Trinidad və Tobaqo, Kosta-Rika, Panama, Honduras və Yamaykanın adını çəkmək kifayətdir.

Kurasaonun bu uğurunda ən böyük pay sahibi Dik Advokaat oldu. Tanınmış niderlandlı mütəxəssis təqaüdə çıxmaq qərarına gəlsə də, yerli federasiya onun fikrini dəyişə bildi. Nəticədə Advokaat mundiala ekzotik komanda yolladı. Lakin özü DÇ-2026-nı kənardan izləyəcək. Buna səbəb isə həlledici matçdan 3 gün əvvəl ailəvi səbəblərdən postundan istefa verməsidir. Son sözləri isə belə oldu: "Bu qərarı ürək ağrısı ilə verməli oldum, amma ailə futboldan daha önəmlidir. Niderlandda olsam da, komanda və heyətlə daim təmasda olacağam. Bu futbolçulara tam güvənirəm".

Yəqin ki, çox az adam xəritədə Kurasaonu göstərə bilər. Bəlkə də bəziləri belə bir ölkənin mövcudluğundan xəbərsizdir. Kurasao yalnız 2010-cu ildə müstəqil status alıb. Amma bu da şərti müstəqillikdir. Ada hələ də Niderland Krallığının tərkibinə daxildir, rəsmi dövlət başçısı isə Niderland kralı Villem-Aleksandır sayılır. Xarici siyasət və hərbi müdafiə Niderlandın öhdəsindədir, yerli hakimiyyət isə daxili idarəetmədə geniş muxtariyyətə malikdir. Bunu Farer adalarının Danimarka daxilindəki statusu ilə müqayisə etmək olar.

Dünyanın digər bölgələrində yaşayanlar üçün Kurasao adını ən çox eyniadlı likör tanıdır. Daha doğrusu, rənglərinə görə fərqlənən bir neçə növ likör. Bəziləri rəngsiz, qırmızı, narıncı, ağ, yaşıl olur, amma ən məşhuru mavi rəngli olanıdır. Dadları demək olar ki, eynidir. Əsas resept şərab spirtinə qurudulmuş acı portağal qabığı, muskat qozu, darçın və mixək əlavəsindən ibarətdir. Rəngi isə tamamilə dad­sız qida boyaları verir. Mavi likör barmenlər arasında çox populyardır. Çünki kokteyllərə qeyri-adi görüntü qatır.

Likör adını adadan götürüb. İlk ispaniyalı kolonistlər Kurasaoya portağal ağacları gətirərək adanı sitrus mərkəzinə çevirmək istəmişdi. Ağaclar uyğunlaşdı, amma meyvələr iqlimin və torpağın təsiri ilə acı və yararsız oldu. Plantatorlar isə qurudulmuş qabığı yerli içkilərin hazırlanmasında istifadə edib böyük uğur qazandılar. XIX əsrdə Niderlandın qədim içki şirkəti “Lucas Bols” bu reseptləri sənaye istehsalına uyğunlaşdırdı və nəticədə qlobal şəkildə məşhur oldu.

Maraqlı fakt odur ki, “Lucas Bols” “Advokaat” adlı məşhur likör də istehsal edir. Bu içki yumşaq sarı rənglidir, tərkibi yumurta sarısı, şəkər və kremdən ibarətdir. O, Braziliyada avokadodan hazırlanırdı və buna görə içkiyə portuqalca “abakate” deyilirdi. Niderlandlı istehsalçılar avokadonun əvəzinə yumurta sarısı qoyaraq resepti Avropaya uyğunlaşdırdı, adı isə daha rahat tələffüz olunan “Advokaat”a çevrildi. Beləliklə, Dik Advokaatın Kurasao ilə əməkdaşlığının müəyyən mənada əvvəlcədən yazıldığını deyə bilərik.

Kolonizasiya dövründən sonra Kurasao kifayət qədər firavan yer idi. İspanlar Kolumb dövründə adanı aşkar etsə də, qızıl tapılmadığı və böyük plantasiya üçün kifayət qədər içməli su olmadığı üçün çox maraqlanmadılar. Ada hətta hərbi qarnizona belə malik deyildi. Bu boşluğu hollandlar doldurdu. Niderland həmin vaxt İspaniya ilə müstəqillik uğrunda mübarizə aparırdı və qarşıdurma Kariblərə də yayılmışdı. Güclənən Qərbi Niderland şirkəti bölgədə baza axtarırdı və ispanları böyük müqavimət olmadan adadan çıxartdı.Onlar adanı duz istehsalı, Afrikadan gətirilən əsirlərin çeşidlənməsi və regiona paylanması üçün tranzit limanı, həmçinin Karib quldurlarının dayaq məntəqəsi kimi istifadə etdilər. Adada müxtəlif dövrlərdə sefard yəhudiləri, eləcə də Simon Bolivar tərəfdarları kimi qaçqınlar yerləşib.

XX əsrin əvvəlində Venesuela sahillərində zəngin neft yataqları tapıldı. “Royal Dutch Shell” Kurasaoda böyük neftayırma zavodu “İsla”nı tikdi. Səbəb Venesuelanın qeyri-sabit olması idi. Üstəlik, iri tankerlər üçün limanları yox idi. Kurasao isə həm təhlükəsiz, həm də dərin sulu limana sahib idi. Uzun illər adanın iqtisadiyyatı neft məhsullarının ixracına əsaslanırdı.

Turizm isə ikinci böyük gəlir mənbəyidir. Çimərliklər, riflər, otellər, habelə Kariblərdə nadir olan sabit hava şərtləri ABŞ, Niderland, Almaniya və Cənubi Amerikadan turistləri cəlb edir. Turistləri bura başqa bir şey də çəkirdi – böyük bordellər. 1920-ci illərdə neftayırma zavodunda çalışan minlərlə subay kişi səbəbilə adaya müxtəlif ölkələrdən seks işçiləri axışırdı. 1949-cu ildə hökumət “Le Mirage” adlı regional miqyaslı qanuni bordel açdı. Koronavirus pandemiyası zamanı ora bağlandı, lakin 2023-cü ildə hökumət tərəfindən yenidən alınaraq bərpa edildi.

Kurasaonun daha bir gəlirli sahəsi onlayn kazinolar və bukmeker şirkətləridir. 1993-cü ildə qəbul edilmiş qanun sayəsində ada onlayn qumar sənayesinin dünya mərkəzlərindən birinə çevrildi. Ucuz qeydiyyat, nəzarətin minimal olması və liberal vergi siyasəti həm qanuni, həm də kölgə şirkətlərini cəlb edirdi. Ekspertlərə görə, qeyri-leqal qumar saytlarının təxminən 40%-i Kurasao sublisenziyasına malikdir. Beynəlxalq təzyiqlərdən sonra qaydalar sərtləşdirilsə də, bu sahə hələ də çox böyükdür və yerli yığmanın uğurları üzərinə qoyulan mərclərin böyük hissəsi buradan keçir.

Bəs futbol? Uzun illər Kurasaoda əsas idman futbol yox, beysbol idi. Bununla belə, 2010-cu ilə qədər Niderland Antil adalarının yığması adı ilə çıxış edən komanda 1958-ci ildən mundial seçmələrinə qatılırdı. 952-ci ildə Helsinki Olimpiadasında da bir oyun keçirmişdilər – Türkiyəyə 1:2 məğlub olsalar da, bu, böyük uğur sayılmışdı. Yığmanın qapıçısı, “Qara pantera” ləqəbli Erqilio Hato xalq qəhrəmanına çevrilmişdi. Deyilənə görə, “Ayaks”, “Feyenoord” və hətta “Real” da onu istəyib, amma o, pilot işlədiyi üçün peşəsini dəyişmək istəməmişdi. Bu gün milli stadion onun adını daşıyır.

2015-ci ildə 39 yaşlı Patrik Klyuvertin baş məşqçi təyin olunması ilə ölkədə futbola böyük maraq yarandı. Onun anası Kurasaoda doğulmuşdu. O, iddialı şəkildə DÇ-2018-ə vəsiqə qazanmaq hədəfini elan etdi və tam yeni seçim siyasəti başladı. Yerli həvəskarlar əvəzinə Niderlandda yetişmiş, lakin Karib kökləri olan peşəkar futbolçular yığmaya dəvət olundu.

Klyuvert dövründə Eloy Rom, Leandro Bakuna və Felitsiano Zşusşen kimi futbolçular heyətə qatıldı. DÇ-yə düşməsələr də, ciddi irəliləyiş oldu. 2017-ci ildə yığma tarixində ilk dəfə Karib Kubokunu qazandı, 2019-cu ildə KONKAKAF Qızıl Kubokunun 1/4 finalına yüksəldi. Hazırda yığmada yalnız bir futbolçu Kurasaodandır - Tayt Çonq. Bir vaxtlar “Mançester Yunayted” akademiyasının ən parlaq istedadlarından biri sayılırdı, amma karyerası uğurlu olmadı. O, Kurasao üçün oynamağı “evə dönüş” adlandırır.

İndiki seçmə mərhələ Kurasao futbol tarixinin ən böyük şansı idi. Komanda evdə əsas rəqib Yamaykanı 2:0 məğlub edib və son tura lider kimi yollandı. Səfərdə Yamaykaya qarşı heç-heçə mundial biletini təmin edəcəkdi ki, onlar bunu bacardılar. Hətta məğlubiyyət olsaydı belə, ikinci yer təmin edilmişdi və bu da pley-off vasitəsilə mundial şansı demək idi. Lakin onlar maksimumum hədəfə nail oldular.

Heybət Məmmədov
Publika.az

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri