Icma.az
close
up
RU
Cəmi 180 manat ÖDƏMİŞDİ 4600 manat ALDI

Cəmi 180 manat ÖDƏMİŞDİ 4600 manat ALDI

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, ötən il Azərbaycanda mal-qara arasında dabaq xəstəliyi geniş yayılmışdı. bu xəstəlikdən xeyli heyvan tələf oldu, fermerlər zərərə düşdü. Halbuki bu zərərdən qaçmağın da yolu var.
Bu da heyvanların sığortalanmasıdır.
Təəssüf ki, fermerlər bu məsələyə o qədər də maraq göstərmir.
Dövlət Statistika Komitəsinin 2026-cı il aprelin 1-nə ildə olan məlumatına görə, ölkədə iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 434 min 100, qoyun və keçilərin sayı isə 6 milyon 880 min 100 ədəd olub.
Bu da o deməkdir ki, ölkə üzrə iri və xırda buynuzlu heyvanların baş sayı 9 milyondan artıqdır. Amma ölkə üzrə sığorta olunan iri və xırda buynuzlu mal-qaranın baş sayı isə cəmi 1600 başdır. Yəni sığorta olunan heyvanların baş sayı ümumi heyvanların heç bir faizini əhatə etmir.
Sığorta haqları və güzəştlər
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Aqrar Sığorta Fondunun mətbuat katibi Əli Əhmədov sığorta zərfinin üstünlüklərindən danışıb:
“Kənd təsərrüfatı heyvanlarını artıq 11 günlüyündən başlayaraq müxtəlif yaşadək sığortalamaq mümkündür. Südlük mal-qara 7 yaşadək, ətlik heyvanlar 3 yaşadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşadək sığortalanır. Sığorta haqları olduqca kiçikdir.
Məsələn, 1000 manatlıq iribuynuzlu mal-qaranın sığortası üçün fermerin ödəməli olduğu məbləğ, seçilmiş sığorta zərfindən asılı olaraq 24-39 manat, qiyməti 2000 manat olan heyvanların illik sığortası isə 48-78 manat arasında dəyişir. Əslində bu rəqəm iki dəfə artıqdır. Amma nəzərə alaq ki, heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir.
Sığorta haqları arasındakı fərq isə təklif olunan xidmətlərlə bağlıdır. Məsələn 39 manatlıq xidmət zərfində üçüncü şəxslərin hərəkətləri də var. Bura aiddir: avtomobillə vurulma, avtomobildə olan heyvanın tələf olması və zərər görməsi, heyvanı elektrik vurması, baytar tərəfində heyvanın səhv müalicə olunması, oğurluq və digər hallarda heyvanın itirilməsi və sair. İstənilən halda 1000 manatlıq heyvan üçün 39 manat kiçik bir məbləğdir”.
Mətbuat katibi ölkədə olan heyvanların kiçik bir hissəsinin sığorta olunduğunu da söyləyib:
“Fermerləri həvəsləndirmək və təşviq etmək üçün iki məsələ öz həllini tapmalıdır. Bunlardan biri heyvanların tam qeydiyyatı baş verməlidir. Heyvanların identifikasiyası AQTA tərəfindən həyata keçirilir. Qeydiyyatdan keçən heyvanların sayı artdıqca sığorta olunan heyvanların da sayı arta bilər. İkincisi isə yeni sığorta zərflərinin təqdim olunmasıdır. Hazırda bu sahədə iş gedir. Nəzərə alaq ki, heyvanlar arasında qeydə alınan bəzi xəstəliklər sığorta zərfinə daxil deyil. Bu sahədə iş aparılır. Fermerlərin bütün gözləntiləri araşdırılır və buna uyğun yeni sığorta zərfi hazırlanır.
 

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ında sığortalanan heyvan sayının 100 minə çatdırılması nəzərdə tutulur. Hazırda sığortalanan heyvanların sayı 1600 üzərindədir.


Son zamanlar heyvandarlıq üzrə 3,5 milyon manatlıq sığorta ödənişi edilib. Bu fermerlər tərəfindən edilmiş sığorta ödənişlərinə baxarkən çox böyük rəqəm olduğu ortaya çıxır. Məsələn, bir fermer heyvanlarını 180 manata sığorta eləmişdi. Heyvanları tələf olduğu üçün o, 4600 manat sığorta ödənişi aldı”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri