Cəmil Ləmbəranskinin mülkünün reyestrə daxil edilməsi məsələsinə baxılacaq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəmil Ləmbəranskinin Bərdənin Ləmbəran kəndindəki mülkü tarixi abidələrin reyestrinə daxil deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bidirilib ki, həmin tikli tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq reyestrə daxil edilməsi üçün yeni aşkarlanmış abidə qismində qeydə alınıb.
"Bu məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaq", - məlumatda vurğulanıb.
Xatırladaq ki, sosial şəbəkədə Azərbaycan Xalq Cumhuriyyəti parlamentinin üzvü Cəmil Ləmbəranskinin Bərdənin Lənbəran kəndindəki mülkünün baxımsız və dağılmaq üzrə olması barədə fotolar paylaşılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















