Icma.az
close
up
RU
Cəmiyyətimiz valideyn sindromundan əziyyət çəkir İlqar Orucov

Cəmiyyətimiz valideyn sindromundan əziyyət çəkir İlqar Orucov

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabadda azyaşlının anasının adı doğum evində səhv yazılıb. Azyaşlının valdeyni bildirir ki, yanlışlıq səbəbindən indiyə qədər sənəd, şəhadətnamə alına bilməyib. Bu səbəbdən uşaq məktəbdə qeydiyyata düşə bilmir.

Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov bildirdi ki, valideyn məsuliyyətsizliyi burada açıq-aşkar görünür:

"Təsəvvür edin, doğum evində dünyaya gələn uşağın anasının adı səhv yazılıbsa və o, artıq məktəbə qəbul yaşına qədər gəlib çatıbsa, bu, səhlənkarlıqdır. Məktəbə qəbul yaşına qədər uşağın sənədində yanlışlıq düzəldilməli idi. Vaxtında müraciət edilməyib, indi isə uşağı məktəbə qoya bilməməkdən danışılır. Deməli, məsuliyyətsiz valideyndir. Cəmiyyətimiz valideyn sindromundan əziyyət çəkir. Xeyli problemlərin kökü buradadır. Hesab edirəm ki, aidiyyəti üzrə müraciət edilsə, sənədlərinin qısa müddətdə düzəldilməsi mümkündür. Elm və Təhsil Nazirliyi, regional təhsil idarələri qısa müddətdə kömək edə bilərlər. Bəsdir ki, sənədlər hazır olsun. Tutaq ki, məktəbə getmək məsələsi düzələcəkdi. Bəs o uşağın sonrakı həyatı necə olacaq? Valideyn məsuliyyətini dərk etmir. Bu hal son illərdə kifayət qədər artıb. Sənədə düzəliş böyük problem deyil".

Ekspertin sözlərinə görə, valideynlik məsuliyyətini dərk etməyənlərə qarşı mütləq tədbir görülməlidir.

"Bu, elementar bir məsələdir. Cəmiyyət bu hallarla çox qarşılaşır. Sənəd yoxdursa, digər məsələlər də həll olunmayacaq. Bunu alim, elm adamı olaraq qınayıram. Ailə planlamasında problemlər var. Maariflənmə işləri aparılmalıdır. Bəzən görürsən ki, kasıb bir ailədir. Deyirlər ki, mən 7 övlad dünyaya gətirmişəm, dövlət mənim uşaqlarımı saxlasın. Əsaslandırır ki, uşağım əsgər olacaq. Axı bu uşaqlar ac, travmalarla böyüyür. Sənin öhdəliyin nədir? Valideynin öhdəlikləri var. Uşaq dünyaya gətirib böyüdərkən planlamalar edilməlidir. Ailə, valideyn məsələsi kifayət qədər narahatçılıqların kökündə duran məsələlərdən biridir", - deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri