Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

“Cəmiyyətin böyük dəstəyi göstərdi ki, qanunun müəllifi xalqdır” ŞƏRH

“Cəmiyyətin böyük dəstəyi göstərdi ki, qanunun müəllifi xalqdır” ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Uşaqların sosial media platformalarına qoşulmasına dair qaydaları tənzimləyən qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub”.Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.Onun sözlərinə görə, layihənin ictimai təqdimatı və sonrakı müzakirələr göstərdi ki, qanunvericilik təşəbbüsü məhz cəmiyyətin sosial sifarişindən doğub:“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsi və əlaqədar hüquqi aktlara dəyişikliklərlə bağlı keçirilən müzakirələrdə dövlət qurumlarının nümayəndələri, təhsil və səhiyyə sahəsinin rəhbərləri, media və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edərək təşəbbüsün əhəmiyyətini vurğulayıblar.Komitə sədri qeyd edib ki, təhsil sistemi nümayəndələri gündəlik müşahidələr əsasında problemin artıq məktəblərdə də hiss olunduğunu bildiriblər. O vurğulayıb ki, qanunun gələcəkdə effektiv işləməsinin əsas şərti yalnız texniki mexanizmlər və cərimələr deyil, həm də geniş ictimai dəstəyin təmin olunmasıdır.Zahid Oruc bildirib ki, kommunikasiya texnologiyalarının sürətli inkişafı yeni hüquqi tənzimləmə ehtiyacları yaradır. Bu baxımdan, Avstraliya, Fransa, İspaniya, Böyük Britaniya və ABŞ kimi ölkələrin təcrübəsi öyrənilib. O qeyd edib ki, Avstraliya 16 yaşdan aşağı şəxslər üçün sosial media məhdudiyyəti tətbiq edib, Fransa valideyn razılığı mexanizmini gücləndirib, İspaniya isə uşaqların onlayn təhlükəsizliyi ilə bağlı yeni hüquqi mexanizmlər yaradıb.Komitə sədrinin sözlərinə görə, Azərbaycanda təklif olunan modelə əsasən, 16 yaşı tamam olmayan uşaqların sosial şəbəkələrdə fərdi hesab açmasına qadağa qoyulur, 16-18 yaş qrupu üçün isə valideyn razılığı tələb olunur.Zahid Oruc hesab edir ki, məsələ siyasi və ya ideoloji deyil, uşaqların təhlükəsizliyi, sağlam inkişafı və ailə institutunun qorunması ilə bağlıdır. O vurğulayıb ki, sosial media artıq sadəcə ünsiyyət vasitəsi deyil, insan diqqəti üzərində qurulmuş qlobal biznes modelidir və burada istifadəçilərin platformalarda daha uzun müddət qalmasını təmin edən müxtəlif mexanizmlər tətbiq olunur.Komitə sədri beynəlxalq araşdırmalara istinad edərək bildirib ki, sosial media istifadəsinin artması uşaqlarda depressiya, özünə zərər vermə halları, yuxu pozuntuları və digər psixoloji problemlərlə əlaqələndirilir. O qeyd edib ki, formalaşmaqda olan uşaq psixologiyası yetkin insanlardan fərqləndiyi üçün bir çox ölkələr məsələyə artıq ictimai sağlamlıq və milli təhlükəsizlik kontekstində yanaşırlar.Zahid Orucun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğu göstərib ki, ölkədə 10-17 yaşlı uşaqların 89,4 faizi smartfon istifadəçisidir, onların 76,3 faizi hər gün sosial mediaya daxil olur. Gündəlik orta istifadə müddəti isə 4 saat 12 dəqiqə təşkil edir.O bildirib ki, bəzi dairələrin qanun layihəsinin uşaqlarda aqressiya yaradacağı ilə bağlı iddialarına baxmayaraq, valideynlər, müəllimlər və psixoloqlar təşəbbüsə dəstək veriblər. Çünki onlar gündəlik olaraq diqqət pozuntuları, virtual bullinq, zərərli çağırışlar, psixoloji təzyiqlər və ailədaxili ünsiyyətin zəifləməsi kimi problemlərlə üzləşirlər.Komitə sədri vurğulayıb ki, məqsəd uşaqları texnologiyadan uzaqlaşdırmaq deyil, onları manipulyativ alqoritmlərin təsirindən qorumaqdır. Onun sözlərinə görə, uşaqların vaxtının kitab, elm, idman, yaradıcılıq və ailə ünsiyyəti ilə zənginləşdirilməsi daha sağlam, savadlı və vətənpərvər nəslin formalaşmasına xidmət edəcək.Zahid Oruc əlavə edib ki, qanun layihəsi Azərbaycan cəmiyyətində formalaşan geniş ictimai konsensusun nəticəsidir və əsas məqsəd gələcək nəsillərin rəqəmsal məkanda təhlükəsizliyinin təmin olunmasıdır”.

Müəllif: Günay Hacıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri