Icma.az
close
up
RU
Çempion da limiti ötüb

Çempion da limiti ötüb

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Ötən yazımızda “Qarabağ”ın legioner transferlərindən və rüsumlarla bağlı limiti keçdiyindən yazmışdıq. Bu dəfə isə “Sabah”la bağlı kiçik araşdırma apardıq.

Misli Premyer Liqasının heyətində ən çox legioner olan klublar arasında “bayquşlar” da var. Ötən mövsüm “qızıl dubl” edən “futuristlər” heyətin “onurğası”nı qoruyub. “Sabah” çempionat üçün 17 legioner sifariş edib. Onların da bir qismi bu yay komandaya qoşulub.

Misli Premyer Liqasında legioner limitinin ləğvindən sonra klubların əcnəbilər üçün ödəməli olduğu rüsum müəyyənləşdirilib.

AFFA İcraiyyə Komitəsinin ötən ilin fevralında keçirilən iclasında ödənişlərlə bağlı belə qərar qəbul edilib:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

“Sabah” son olaraq heyətinə “Zenit”dən Du Keyrosu cəlb edib. Braziliyalı oyunçu artıq Misli Premyer Liqasında debüt edib. O, “Zirə”yə qalib gəldikləri (5:0) matçda ikinci hissədə meydana daxil olub.

“Futuristlər” bu mövsüm əcnəbi futbolçuların sifarişi üçün 785 min manat ödəyib. Tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “bayquşlar” bu  uğurda əsas payı məhz legionerlərin hesabına əldə edib. Klubun transfer çalışmaları hələ yekunlaşmayıb. “Pəncərə” bağlananadək daha bir neçə yeni futbolçunun heyətə cəlb olunacağı gözlənilir.

Liqada mövsümə uğurlu start verən “Sabah” 3 oyunda maksimum nəticə əldə edib. Son tura lider kimi daxil olan “Zirə”nin 5 cavabsız qolla məğlub edilməsi komandanın yenidən çempionluğa əsas namizəd olduğunu göstərir. “Bayquşlar” sərgilədiyi oyunla inam verir və bu gedişlə onları kiminsə dayandıracağı çətin görünür.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Sentyabr 2026 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri