Icma.az
close
up
RU
“Çempion olmaq istəyərdim” Saşa İliç

“Çempion olmaq istəyərdim” Saşa İliç

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblə matçda uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də olsun, oyununuz da. Bilirəm ki, “Qarabağ” bizə qarşı əsas heyətlə oynamadı. Onların Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki, onlar Liqa mərhələsinə düşəcək və bununla mən də fəxr edəcəm.

– Mövsümöncəsi mətbuat konfransında bildirmişdiz ki, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır, amma bu, futbolçulardan asılı olacaq. Sizi avrokuboklara daşıya biləcək futbolçular yığa bilmisiz?
– Bəli, futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə bir neçə oyunçu da lazımdır. Konkret 3 oyunçunu mən görürəm. Amma olanlardan da razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.

– “Qarabağ”ın təzyiqinin artdığı vaxtda Nikola Ninkoviçi meydana buraxdınız. Səbəb nə idi?
– Ninkoviç dünya səviyyəli oyunçudur. Sadəcə fiziki problemi var. Amma vaxta ehtiyacı var. 90 dəqiqə fiziki cəhətdən çatdıra bilməsə də, top saxlamaq kimi qabiliyyəti var.

– “Qarabağ” əsas heyətlə oynasaydı, nəticə fərqli olardı?
– Problem olardı. Əsas oyunçular meydana çıxanda, problemlər yaşadıq. Xüsusilə də Yankoviçi qeyd edərdim. Onunla birlikdə də oynamışıq. Əvvəlcədən oynasaydı, böyük problem yarada bilərdi.

– Ötən mövsüm 11 oyun qol vurmayan “Sumqayıt” var idi. Amma indi iki oyundur ki, qalib gəlirsiz. Bu komandanın əsas özəlliyi müdafiə xəttidir?
– İndiki gördüyünüz “Sumqayıt” maksimal səviyyədə deyil. Çox işləməliyik ki, istədiyim səviyyəyə çataq. Komandadan istəyim çoxdur.

– Yerli futbolçuların səviyyəsindən və işə yanaşmalarından razısız?
– Onlar təbii ki, çalışır. Şans verirəm. Yenə verəcəm. Kənan oynayıb, bu gün də Nihad Əhmədzadəyə şans verdim. Məşqlərdə sübut edirlər ki, oynamaq istəyirlər.

– İki oyundur ki, qalib gəlirsiz. Futbolçuların eyforiyaya qapılacağını düşünürsüz?
– Xeyr. Problem olacağını fikirləşmirəm. Hər yeni oyuna fokuslanırıq. Məncə, problem olmaz.

– Mövsümün sonunda komandanız hansı pilləni tutsa, razı olacaqsınız?
– Əslində, mən çempion olmaq istəyərdim. Amma hələ tezdir. İki turdan sonra bu haqda danışmaq çox tezdir.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri