Çempion qanunsuz silah saxlamaqda ittiham olundu
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2012-ci il London Yay Olimpiya Oyunlarında basketbol üzrə ABŞ millisinin heyətində qızıl medal qazanan Ceyms Hardenə qanunsuz silah saxlama ittihamı irəli sürülüb.
"Ölkə.az" xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
Məlumata görə, Harden ABŞ-nin Texas ştatında avtomobilində tapança ilə saxlanılıb. Silahın qabda deyil, açıq şəkildə olduğu bildirilir. Basketbolçu zaminə buraxılıb, məhkəmə iclası isə iyunun 22-nə təyin edilib.
Qeyd edək ki, 36 yaşlı Harden, həmçinin 2014-cü il dünya çempionu adını qazanıb və hazırda "Klivlend Kavalyerz" klubunda çıxış edir. O, karyerası ərzində "Oklahoma", "Bruklin", "Filadelfiya" və "Los Anceles Klippers" kimi klublarda oynayıb. 2018-ci ildə isə mövsümün ən dəyərli oyunçusu seçilib.(oxu.az)
Baxış sayı:137
Bu xəbər 14 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















