Icma.az
close
up
RU
“Çempionar Liqasında bizə sərf edən 3 cü mərhələdi” Qurban Qurbanov

“Çempionar Liqasında bizə sərf edən 3 cü mərhələdi” Qurban Qurbanov

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 29-cu turunda öz meydanında “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə çox da imkan verilmədi oynamağa. Daha düzgün və ağıllı müdafiə qurulmuşdu, düşünülmüş hücumlar var idi. Onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm”.

– Benzianın hazırkı oyunundan nə dərəcədə razısız?

– Onun o mövqedə oynamasından razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oyunu oxuması çox razıyam. Sadəcə bu gün daha yorğun idi. Top itkiləri çox oldu. Tək onda yox, digərlərində də var idi. Benziadan ümumən razıyam. 

– Kadinin zədəsi ciddidir?

– Özü çıxdı kənara, oynaya bilmədi. Böyük ehtimalla ciddi olmaz. Amma ayağında şiş var. Qarşıdakı günlərdə vəziyyəti bilinəcək.

– Ölkə kubokunun yarımfinal mərhələsini əcnəbi hakimlərin idarə etməsini dəstəkləyirsiz?

– Xeyr. 

– “Araz-Naxçıvan”la görüşdə planşeti sındırsanız da, AFFA İntizam Komitəsi sizi cəzalandırmadı. Sizcə, nüfuzunuzda çəkindikləri üçün sizi cəzalandırmadılar?

– Niyə cəzalandırsınlar? Hakimin üzünə etiraz etmədim, meydana da girmədim. Sadəcə ümumi epizoda dərindən baxsaq, tək hakimə əsəbiləşi bir şey yox idi. Öz oyunçumuza da əsəbiləşirdim. Kənarda oturası deyilik ki. Öz planşetimdi. Versələr də, problem yoxdur. Əgər haqlıdırlarsa, problem yoxdur.

– AFFA İcraiyyə Komitəsində fəaliyyətinizin bir ili tamam oldu. Sizcə, geridə qalan bir ildə Azərbaycan futboluna nə qədər fayda verə bildiz?

– Bir ilə nəsə etmək elə də asan deyil. Sadəcə ümumi gedişat necə olur, gələcəyə necə baxılır, orada olan müzakirələri nəzər alsaq, gələcək üçün xeyli işlər nəzərdə tutulub. Bir neçə ildən sonra bəhrəsini verəcək.

– AFFA İcraiyyə komitəsi son toplanışında aşağı yaş qruplarından ibarət yığma komandalarımızda uğursuz məşqçiləri vəzifəsində saxladı. Sizcə, səhv qərar deyil?

– Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediyaya ətraflı məlumat verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil. Üzrlü hesab edin. Bəzən elə fikirlər görürsən ki, qarışıqlıq yaradır.

– “Zirə”dən 15 xal öndəsiz. Erkən çempion da ola bilərsiz. Bu barədə fikriniz necədir?

– 15 xal ciddi rəqəmdir. Bundan qabaq deyəsən 12 xal idi. Hiss olunur ki, futbolçularda arxayınçılıq var. Niyə üzərilərinə çox getmirəm? Neçə illərdir gərgin sezon keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Hətta futboldan sanki doyublar. O qədər yorğun olurlar. Bəzən belə oyunlarda sanki oynaması mənim gələcək planlarım üçün daha faydalı olur. İlboyu bunlardan nə qədər tələb etmək olar? Ciddi olmalıyıq, qalib gəlməliyik. 3-5 il o bazanı yığıb-saxlayır. Sonra tükənir. Futbolçularda indi o haldır. Özümü məşqçi olaraq çalışıram ki, toparlayım. Mənim də yorğun vaxtlarım olur. Oyunlara hazır olduğum vaxtlar olur. Vəziyyətin belə olması futbolçularıma da böyük faydası olacaq. Biri daha rahat çıxırlar meydana. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. O qələbə ruhunu qorumaq istəyirik.

– ÇL-ə 1-ci turdan başlamaq sizin üçün sərfəlidir, yoxsa 2-ci mərhələdən?

– Bizə sərf edən minimum 3-cü mərhələdir(gülür). Ən azından AL-i təmin etmiş olardıq. Çempionatımız btir. Kubokun finalı çıxacağıq ya yox, görəcəyik. İstirahət vaxtımız uzanacaq. Milli komanda da . Birinci mərhələdən başlamaq bizə çox böyük zərbə olardı. İstəyirdim ki, 2-ci turdan başlayaq.

– Azarkeşlərə iki kuboku söz verirsiz?

– Nə qədər demişəm ki, istəmirəm ikisini qazanım? Azarkeşlər məndən bunu tələb etmirlər. Onlar bilirlər ki, uğurlar istəyirəm. Futbol elədir ki, tələb çox da düzgün yanaşma deyil. Hamı titul qazanmaq istəyir. Bir-birimizi  dayaq olmalıyıq, uğurda da, uğursuzluqda da.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 06 Aprel 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri