“Çempionata uğur qazanmaq üçün qatılırıq” millinin baş məşqçisi
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, komandamız B qrupunda Kosovo və San Marino ilə qarşılaşacaq. Oyunlar yanvarın 21-dən 26-dək San Marinoda təşkil olunacaq. Püşkatma ilə bağlı komandamızın baş məşqçisi İlqar Aslanov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Rəqibimiz məlumdur. Bu gün asan rəqib yoxdur. Kosovo komandasını xüsusilə fərqləndirərdim. Onlar sürətlə inkişaf edirlər. Digər milliləri də unutmaq olmaz. Amma San Marino ilə müqayisədə bu komandanın güclü olduğunu deyə bilərəm. Biz də çempionata uğur qazanmaq üçün qatılırıq. Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır. Mümkün qədər yaxşı hazırlıq keçməyə çalışırıq.
Yaşla əlaqədar heyətimiz demək olar, yenilənib. Amma Yüksək Liqanın oyunlarının başlamağı xeyrimizədir. Uşaqlar oyun təcrübəsi qazanırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 26 Aprel 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















