Çempionatda mövsümün REKORDU QIRILDI
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XV turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bakupost.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.
Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.
“Köhlən atlar”ın IX turda səfərdə “Sumqayıt”ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.
Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla üstələyib.

