Icma.az
close
up
RU
“Çempionatda sona qədər mübarizə aparacağıq” Elvin Camalov

“Çempionatda sona qədər mübarizə aparacağıq” Elvin Camalov

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu Misli Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan danışıb. O, qarşıdakı millinin toplanışı barədə də danışıb:

– Oyunla bağlı nə deyə bilərsiniz?

– Əvvəldən məlum idi ki, hər iki tərəf əzmkar oyun nümayiş etdirəcək. 90 dəqiqə ərzində belə də oldu. Rəqib matçın əvvəlində 10 nəfərlə qaldı. Əslində azlıqda qalan rəqibə qarşı oynamaq heç də asan deyil. Çünki belədə müdafiəyə meyilli oynayırlar. Matç ərzində bir neçə qol epizodu yaratdıq. Sona yaxın hesabda önə keçsək də, üstünlüyümüzü sona kimi qoruya bilmədik. Bu da çox üzücüdür. Bundan nəticə çıxarıb, irəli baxmalıyıq.

– Yəni sözlərinizdən belə çıxır ki, rəqibin qırmızı vərəqə alması “Neftçi”nin heç də xeyrinə olmadı…

– Tam heyətlə oynayanda görüş qarşılıqlı hücumlar şəraitində keçir. Rəqib azlıqda qaldıqdan sonra daha çox müdafiəni düşünməsi normaldır. Qol imkanları yaratmaq üçün çox çalışdıq. İstəyimizə də çatdıq. Sadəcə hesabı qorumaq mümkün olmadı.

– Qələbə hesabını qorumağa nə mane oldu: ani diqqətsizlik, yoxsa arxayınçılıq?

– Ani diqqətsizlik deyərdim. Bir qədər diqqətsizliyə yol verdik və nəticədə qapımızda qol gördük. Halbuki sona qədər diqqətli olmaq lazımdır. Bu, hər bir idman növünə aiddir.

– Hər nə qədər “Neftçi”nin futbolçuları etiraf etməsələr də, görünən odur ki, fikriniz daha çox kubokdadır, nəinki çempionatda. Razısınız?

– Mən bu fikirlə razı deyiləm. Əlbəttə, avrokuboklara yollanmaq baxımından kubokda şansımız daha çoxdur. Lakin çempionatda da turnir cədvəlində bizdən öndə olan komandalara yaxınlaşmağa çalışırıq.

– Lakin xal fərqi çoxdur…

– Bəli, xal fərqi çoxdur. Ötən tur “Kəpəz”ə qalib gəlsəydik və “Turan Tovuz”la matçda 3 xalı əldən verməsəydik, turnir cədvəlində vəziyyətimiz xeyli yaxşılaşardı. Beşinci pillə ilə aramızda xal fərqi cəmi 1 olacaqdı.

– Yəni “Neftçi” üçün çempionat bitməyib?

– Xeyr. İstənilən halda 2-3 tur ərzində vəziyyət dəyişə bilər. Yuxarı pillələrdəki komandalar xal itirdikcə, onlara yaxınlaşmağımız mümkündür. Çempionatda sona qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, daha üst pillələrdə qərarlaşaq.

– Tezliklə yığma komandamızın təlim-məşq toplanışı start götürəcək. Millidən dəvət gözləyirsiniz?

– Əlbəttə, milli komandadan dəvət gözləyirəm. Milli hamının olmaq istədiyi yerdir. Mən də istərdim ki, dəvət alım və milli komandamız üçün əlimdən gələni edim.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 11 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri