Icma.az
close
up
RU
Çempionatın sonuna kimi mübarizə gedəcək Ayxan Abbasov

Çempionatın sonuna kimi mübarizə gedəcək Ayxan Abbasov

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 21-ci turunda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında deyib: 

"Oyuna yaxşı başladıq. Yüz faizlik qol epizodlarını istifadə edə bilmədik. Amma, təəssüf ki, 46-cı dəqiqədə qapımızda penalti zərbəsi gördük. Oyunun taleyi onunla da həll olundu. Dəyişikliklər etdik. Oyuna müdaxilələr etmək istədik. Amma, təəssüf, alınmadı. Bu oyunu unudub, növbəti oyunlara hazırlaşacağıq. Həqiqətən, çempionat kritikdir. Komandamıza, futbolçularıma inanıram. İnşallah, bu durumdan birlikdə çıxacağıq". 

Mütəxəssis turnir cədvəlində "Şamaxı"nın 9-cu yerə enməsini şərh edib: "Ümumən, bilirdik ki, digər komandalarla böyük bir xal fərqimiz yox idi və bir qələbə yerləri dəyişə bilər. Qarşıda oyunlar var. Həmişə demişəm ki, çempionatın sonuna kimi mübarizə gedəcək. Bunu gözləyirdik. Ola bilər üstünlüyümüz var idi, bunu itirdik. Amma bundan sonra da heç nə itməyib. İnşallah, çalışacağıq ki, futbolçuları bu gərginlikdən sonra oyunlara daha yaxşı kökləyək".

A. Abbasov "Cəlal Hüseynovun oyunu ilə bağlı nə deyə bilərsiniz?" sualına belə cavab verib: 

"Bu gün təkcə hansısa oyunçumuz haqda danışmaq düz olmaz. Bilirik ki, Cəlal bizə yeni qoşulub. İki oyun əsas heyətdə meydana çıxmışdı, bu gün ehtiyatdan daxil oldu. Oyuna girmək də çətinlikdir. Biraz texniki səhvləri çox edir. Əlbəttə, gəncdir, daha çox çalışmalıdır. Biz də bunun üzərində çalışırıq. Bu gün görürdük ki, təkcə Cəlal yox, bir çox gənc oyunçular sonluqda səhvlər edirdilər. Hansı ki, o qərarlar düz olsaydılar, oyunun nəticəsinə təsir edəcəkdilər. Gənclərə şans veririksə, bu tərəfi də düşünüb səbirli olmaq lazımdır. Çalışmalıdı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://qol.az
archiveBu xəbər 31 Yanvar 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri