Çempionlar Liqası: “Araz Naxçıvan” 1/8 finalın ilk oyununa ciddi itkilərlə çıxacaq
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 noyabr, AZƏRTAC
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində 1/8 final mərhələsinin ilk matçına ciddi itki ilə çıxacaq.
Bu barədə AZƏRTAC-a komandanın vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Braziliyalı futzalçılar - Covanni Da Silva Valerio, Karlos Enrike Bertuola və Alekssanderson Teyşeyra Barbosa Niderland təmsilçisi “Tayqers Rormund"la əsas mərhələnin son görüşündə 2-ci sarı vərəqəni alaraq cəzalı duruma düşüblər. Bu səbəbdən onlar növbəti qarşılaşmada komandaya kömək edə bilməyəcəklər.
Aleks Rezenda Da Silva isə zədəli olduğu üçün ilk qarşılaşmanı buraxa bilər. Onun oyun gününə qədər sıraya qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 03 Noyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















