Çempionlar Liqası: Bavariya Real Madrid oyununda yeddi qol
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Ölkə.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada rəqibinə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olub. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə əldə etdiyi üçün üstünlük ev sahiblərində olub. Bu matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Bununla da "Bavariya" və "Arsenal" yarımfinala vəsiqə qazanıb.
Daha əvvəl baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə əldə ediblər.
Bu mövzuda digər xəbərlər:Çempionlar Liqası: “Real Madrid” bu gün “Bavariya”nı sınağa çəkəcək
15 Aprel 2026 09:57
Çempionlar Liqası: Real Madrid Bavariya ya, Arsenal Sportinq ə qarşı
07 Aprel 2026 10:27
Bavariya Real a qalib gəldi Çempionlar Liqası
08 Aprel 2026 08:49
Çempionlar Liqası: “Real Madrid” “Liverpul”un, “Bavariya” PSJ nin qonağı olacaq
04 Noyabr 2025 09:26
Çempionlar Liqası: Real, Bavariya, PSJ və Liverpuldan qələbə
11 Dekabr 2024 02:08
Baxış sayı:232
Bu xəbər 16 Aprel 2026 01:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















