Çempionlar Liqası: Bu gün PSJ və İnter arasında final oyunu keçiriləcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 31 may, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, turnirin final oyununda Fransanın PSJ və İtaliyanın "İnter" komandaları üz-üzə gələcək.
Almaniyanın Münxen şəhərindəki "Alyans Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü Macarıstan əsilli rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Həlledici oyun öncəsi Paris klubunun heyətində itki yoxdur. Milan təmsilçisinin isə iki futbolçusu final matçını buraxacaq. Argentinalı oyunçular - Xoakin Korrea və Valentin Karboni zədə səbəbindən vacib matçda komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, yarımfinalda PSJ İngiltərənin "Arsenal" klubunu, "İnter" isə İspaniyanın "Barselona" komandasını mübarizədən kənarlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 İyun 2025 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















