Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib döndü
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turuna start verilib.
Apasport.az xəbər verir ki, turun mərkəzi görüşü Madriddə baş tutub.
“Real” azarkeşləri önündə “Milan”ı qəbul edib. Qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
“Liverpul” “Bayer”lə üz-üzə gəlib, “Mançester Siti” isə Portuqaliyada “Sportinq”in qonağı olub.
Mersisaydlılar 3 xalı asanlıqla qazansalar da, "şəhərlilər" səfərdə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
21:45 PSV (Niderland) – "Jirona" (İspaniya) 4:0
21:45 "Slovan" (Slovakiya) – "Dinamo" (Zaqreb, Xorvatiya) 1:4
00:00 "Bolonya" (İtaliya) – "Monako" (Fransa) 0:1
00:00 "Seltik" (Şotlandiya) – "Leypsiq" (Almaniya) 4:1
00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Şturm" (Avstriya) 1:0
00:00 "Lill" (Fransa) – "Yuventus" (İtaliya) 1:1
00:00 "Liverpul" (İngiltərə) – "Bayer" (Almaniya) 4:0
00:00 "Real" (İspaniya) – "Milan" (İtaliya) 1:3
00:00 "Sportinq" (Portuqaliya) – "Mançester Siti" (İngiltərə) 4:1