Çempionlar Liqası: Qarabağ ın əsas mərhələdə iştirak şansı artıb
Icma.az, sport24.az saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edən komandaların əsas raunda vəsiqə qazanma ehtimalları yenidən açıqlanıb. Sport24.az xəbər verir ki, "Football Meets Data" 10 komanda ilə bağlı araşdırma aparıb.
Siyahıda Azərbaycan çempionu "Qarabağ" da yer alıb. Ağdam təmsilçisinin Avropanın bir nömrəli klub turnirində əsas mərhələyə yüksəlmə şansı 50 faiza qalxıb.
Qeyd edək ki, bu gün III təsnifat mərhələsinin ilk oyununda Bakıda "Şkendiya" ilə üz-üzə gələcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib. bu cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.


UEFA Çempionlar Liqası: “Qarabağ”ın pley offa vəsiqə qazanmaq şansı nə qədərdir?
04 Avqust 2025 12:02
UEFA Çempionlar Liqası: Qarabağ ın iştirak ərizəsi açıqlandı
18 İyul 2025 13:56
Çempionlar Liqası: “Qarabağ”ın iki rəqibi bəllidir
26 May 2025 10:49
Çempionlar Liqası: Qarabağ ın ilk rəqibi müəyyənləşir
18 İyun 2025 10:11
Çempionlar Liqası: “Qarabağ”ın oyununa xorvatiyalı hakim
18 İyul 2025 10:53

