Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen” matçının hakimləri bəlli olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək II tur oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Sərdar Gözüböyük olacaq. Ona yan xətt hakimləri Ervin Zeynstra və Patrik İniya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yannik Van Der Laan yerinə yetirəcək. VAR hakimi Yerun Manşot, köməkçisi Rob Diperink olacaq.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:Bakıda Çempionlar Liqası həyəcanı “Qarabağ” “Kopenhagen” qarşılaşması
01 Oktyabr 2025 10:32
Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen” oyunu start götürdü YENİLƏNİR
01 Oktyabr 2025 20:48
UEFA Çempionlar Liqası: “Qarabağ Kopenhagen”i də məğlub etdi VİDEO
01 Oktyabr 2025 22:57
UEFA Gənclər Liqası: “Qarabağ” “Kopenhagen” oyununun hakimləri açıqlanıb
26 Sentyabr 2025 16:07
Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Kopenhagen”lə üz üzə gələcək
01 Oktyabr 2025 09:18
Baxış sayı:113
Bu xəbər 29 Sentyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















