Çempionlar Liqası: “Real Madrid” İtaliya, “Liverpul” İspaniya səfərində AZƏRTAC
Bakı, 10 dekabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun görüşlərinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, azarkeşlər ilk oyun günündə 9 qarşılaşmaya şahidlik edəcəklər.
İngiltərənin “Liverpul” komandası İspaniyada “Jirona”nın qonağı olacaq. “Bayer” isə Almaniyada İtaliyanın “İnter” kollektivini sınağa çəkəcək.
İspaniya nəhəngi “Real Madrid” İtaliyada “Atalanta” ilə qarşılaşacaq. Hər üç matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
VI tur
10 dekabr
21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Seltik” (Şotlandiya)
21:45. “Jirona” (İspaniya) - “Liverpul” (İngiltərə)
00:00. “Leyptsiq” (Almaniya) - “Aston Villa” (İngiltərə)
00:00. “Bayer” (Leverkuzen, Almaniya) - “İnter” (İtaliya)
00:00. “Atalanta” (İtaliya) - “Real Madrid” (İspaniya)
00:00. “Brügge” (Belçika) - “Sportinq” (Portuqaliya)
00:00. “Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya)
00:00. “Zaltsburq” (Avstriya) - PSJ (Fransa)
00:00. “Brest” (Fransa) - PSV (Niderland)
Qeyd edək ki, VI turun növbəti oyunları dekabrın 11-də təşkil olunacaq.