Çempionlar Liqasına doğru: Azərbaycan basketbolunda yeni mərhələ
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və qurumun digər rəsmiləri ilə Beynəlxalq Basketbol Federasiyasının baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri Yovana Vukoye və Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş keçirilib.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, görüşdə Azərbaycanda 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Çempionlar Liqasında iştirakı məsələləri geniş müzakirə olunub. Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə başda Çempionlar Liqası olmaqla, intensiv olaraq beynəlxalq arenalarda iştirakının vacibliyini vurğulayıb, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Azərbaycan Basketbol Liqasının mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunub.
XQ
Baxış sayı:49
Bu xəbər 25 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















