Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulur 18 oyun eyni vaxtda
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, yeni formatda keçirilən yarışın sonuncu - VIII turunda bütün oyunlar eyni vaxtda başlayacaq.
Turnir cədvəlinin lideri İngiltərənin "Liverpul" klubu Niderlandda yerli PSV-nin qonağı olacaq. Görüşün hakim-inspektoru AFFA Hakimlər Komitəsinin belçikalı sədri Frank De Bleker olacaq.
Son qalib İspaniya "Real Madrid"i Fransada "Brest"lə qarşılaşacaq. İlk "24-lüy"ə düşmək üçün mütləq qələbə qazanmalı olan İngiltərə "Mançester Siti"si isə Belçikanın "Brügge" komandasını qəbul edəcək.
UEFA Çempionlar Liqası, VIII tur
00:00. "Aston Villa" (İngiltərə) - "Seltik" (Şotlandiya)
00:00. "Bavariya" (Almaniya) - "Slovan Bratislava" (Slovakiya)
00:00. "Bayer Leverkusen" (Almaniya) - "Sparta Praqa" (Çexiya)
00:00. "Barselona" (İspaniya) - "Atalanta" (İtaliya)
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Şaxtyor Donetsk" (Ukrayna)
00:00. "Brest" (Fransa) - "Real Madrid" (İspaniya)
00:00. "Dinamo Zaqreb" (Xorvatiya) - "Milan" (İtaliya)
00:00. "Jirona" (İspaniya) - "Arsenal" (İngiltərə)
00:00 ."Zaltsburq" (Avstriya) - "Atletiko Madrid" (İspaniya)
00:00. "İnter" (İtaliya) - "Monako" (Fransa)
00:00. "Lill" (Fransa) - "Feyenoord" (Niderland)
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)
00:00. PSV (Niderland) - "Liverpul" (İngiltərə)
00:00. "Sportinq" (Portuqaliya) - "Bolonya" (İtaliya)
00:00. "Şturm" (Avstriya) - "Leyptsiq" (Almaniya)
00:00. "Ştutqart" (Almaniya) - PSJ (Fransa)
00:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)
00:00. "Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya).
Qeyd edək ki, "Liverpul" və "Barselona" klubları 1/8 final mərhələsinə vəsiqəni təmin edib. "Şturm", "Zaltsburq", "Bolonya", "Sparta Praqa", "Leyptsiq", "Jirona", "Srvena Zvezda", "Slovan Bratislava" və "Yanq Boys" klubları növbəti mərhələ şanslarını itirib.
Baxış sayı:160
Bu xəbər 29 Yanvar 2025 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















