Icma.az
close
up
RU
Çempionlar Liqasında yeni mövsümün formatı və təqvim açıqlandı

Çempionlar Liqasında yeni mövsümün formatı və təqvim açıqlandı

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının 2025-2026-ci il mövsümünün formatı və oyunların keçiriləcəyi tarixlər açıqlanıb.  Sport24.az xəbər verir ki, yeni mövsümün reqlamentində dəyişiklik edilib. Əvvəldən qeyd edək ki, hazırda Yüksək Liqanın başa çatmasına 2 tur qalıb və Azərbaycan çempionu hələ məlum deyil.

İlkin və əsas mərhələdə komandalar əvvəlki illərdəki  kimi, hər birində 4 iştirakçı olmaqla  4 qrupa bölünəcək. Yenilik isə elit-raundun 1/8 və ¼ final mərhələləri ilə əvəzlənməsidir.

Yeni mövsümdə apreldə milli komandaların açıqlanan reytinq cədvəlinə uyğun olaraq (Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna) ilk 4 pillədə yer alan ölkələr hərəyə 2 komanda ilə təmsil olunacaq.

Rusiya klubları yarışa buraxılmayacaqlar.

 

Təqvim

İlkin və əsas mərhələnin püşkatması: 3 iyul

İlkin mərhələnin oyunlar: 26-31 avqust

Əsas mərhələnin oyunları: 28 oktyabr – 2 noyabr

1/8 final mərhələsinin püşkatması: 6 noyabr

1/8 final mərhələsinin oyunları: 24 noyabr və 5 dekabr

¼ final oyunları: 23 fevral və 6 mart

Final mərhələsi: 7 və ya 8, 9 və ya 10 may

İlkin mərhələ (26-31 avqust 2025)

Reytin cədvəlinin aşağı pillələrində (iştirakçıların sayından asılı olaraq) yer alan komandalar mübarizəyə ilkin mərhələdən başlayacaq. Püşkdən asılı olaraq qruplarda komandaların sayı 4 və ya 3 olacaq.

Qrup qalibləri və saydan asılı olaraq ən yaxşı ikinci və ikincilər əsas mərhələyə yüksələcək.

Əsas mərhələ (26 oktyabr – 2 noyabr 2025)

A yolu

Burada turnirin sonuncu qalibi, ən yüksək reytinqə sahib 11 klub, eləcə də reytinq cədvəlinin 16-cı-19-cü sıralarında yer alan 16 komanda iştirak edəcək. İştirakçılar hər birində 4 komanda olmaqla 4 qrupa bölünəcək. Hər qrupdan bir klub oyunlara evsahibliyi edəcək. Reqlamentə əsasən, hər qrupda ilk 3 yeri tutan klub növbəti mərhələdə oynamaq hüququ qazanacaq.  

B yolu

Reytin cədvəlinin 12-ci – 15-ci pilləsində qərarlaşan 4 klub, həmçinin 20-ci pillədən sonrakı (ilkin mərhələdə iştirak etməyənlər), eləcə də ilkin mərhələdən vəsiqə qazananlar iştirak edəcəklər. Burada da 16 klub 4 qrupa bölünəcək. Ancaq birinci pilləni tutan komandalar (cəmi 4 klub) mübarizəni davam etdirəcək .

1/8 final (24 noyabr və 5 dekabr 2025)

Elit-raund ləğv olunduqdan sonra, əsas mərhələdən sonra komandalar 1/8  və ¼ finalda iştirak edəcəklər. B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək. Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək. Püşkatma isə noyabrın 6-da keçiriləcək.

¼ final (23 fevral və 6 mart 2026)

1/8 final mərhələsində keçiriləcək 2 oyunun ümumi nəticəsində qələbə qazanan komandalar ¼ finalda rəqib olacaqlar. Burada da qalib cütlüklər arasında keçiriləcək 2 oyunda müəyyənləşəcək.

Final turniri (7/8 və 9/10 may)

Final turnirində 4 komanda iştirak edəcək. Yenə yarımfinal oyunları keçiriləcək. Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri