Çempionlar Liqasını kim qazanacaq? Kriştiano Ronaldonun PROQNOZU
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Çempionlar Liqasının 2024/25 mövsümünün qalibinin keçmiş klubu “Real” olacağını proqnozlaşdırır.
Lent.az bildirir ki, bu barədə Britaniyanın “Mirror” nəşri yazır.
Bildiyiniz kimi, Madrid klubu kubokun hazırkı sahibidir - Dortmund "Borussiya"sını 2:0 hesabı ilə məğlub edərək kubokun 15 qat qalibi olub. Ronaldonun özü karyerası ərzində beş dəfə turnirin qalibi olub, onlardan dördü Madriddə olduğu müddətdə baş berib.
"Komandaların həmişə yaxşı və pis günləri olur. "Mançester Siti"nin pis günləri başlayı, lakin onlar geri qayıdacaqlar... Mən “Real”ın Çempionlar Liqasını yenidən qazanacağına mərc edərdim, çünki bütün digər komandalar Madrid klubu ilə “Bernabeu”da oynayanda qorxurlar”, - Ronaldo bildirib.
O, həmçinin “Real”ın hazırkı baş məşqçisi Karlo Ançelottini tərifləyərək onun "çox ağıllı oğlan" olduğunu qeyd edib:
"İnsanlar məndən Karlonun niyə yaxşı məşqçi olduğunu soruşduqda, həmişə deyirəm ki, o, futbolçularla necə ünsiyyət qurmağı bilir. Bu, uğur qazanmağın açarıdır, ona görə də təsadüfi deyil ki, o, hər şeyi qazanıb. Bundan başqa, o, yaxşı insandır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















