Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bavariya" və "Real"ın ümumilikdə 9 futbolçusu cəzalı duruma düşə bilər.
QOL.az xəbər verir ki, əgər bu komandalar yarımfinala vəsiqə qazanarsa, həmin oyunçular bu gün sarı vərəqə alacaqları təqdirdə limiti doldurduqları üçün növbəti mərhələnin ilk matçını buraxmalı olacaqlar.
"Bavariya"nın heyətində qapıçı Manuel Noyer, müdafiəçilər Dayot Upamekano və Conatan Ta, həmçinin yarımmüdafiəçi Konrad Laymer diskvalifikasiya təhlükəsi altındadır.
Madrid təmsilçisində isə müdafiəçilər Din Höysen və Alvaro Karreras, yarımmüdafiəçi Cud Bellinqem, eləcə də hücumçular Vinisius Juniorla Kilian Mbappe eyni aqibətlə üzləşə bilərlər.
Xatırladaq ki, komandalar arasında 1/4 finalın həlledici cavab qarşılaşması bu gün Münhendə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 15 Aprel 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















