Çempionlar Liqasının yarımfinalında fantastik oyun: 6 qol vuruldu
Icma.az bildirir, Oxu.az portalına istinadən.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçları çərçivəsində "Barselona" "İnter"lə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma 3:3 hesabı ilə bitib.
Milan təmsilçisi birinci hissədə Türam (1-ci dəqiqə) və Dumfrisin (21) qolları ilə iki top fərqi ilə önə çıxsa da, üstünlüyünü qoruya bilməyib. Yamal (24) və F.Torres (38) hesaba tarazlıq gətiriblər.
Tərəflər ikinci hissəyə də qollarla başlayıblar. Əvvəlcə Dumfris (64) dubla imza ataraq, "İnter"i yenidən önə çıxarıb. Lakin cəmi bir dəqiqə sonra Rafinyanın zərbəsindən sonra top "İnter"in qapıçısına dəyərək tora girib. Qol isveçrəli qapıçının adına yazılıb.
Qeyd edək ki, bu cütlüyün qalibi finalda PSJ - "Arsenal" cütlüyünün qalibi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 May 2025 07:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















