“Çempionluqla xalqımızı sevindirmək istəyirik” millinin baş məşqçisi
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qələbələrlə və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar”.
Futbolpress.az xəbər verir ki, bunu Azərbaycanın U-16 yığmasının baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. Komandasının MDB oyunlarındakı qrup mərhələsindəki rəqiblərini qiymətləndirən mütəxəssis komandasının çempionluq şanslarından da danışıb:
“Artıq iki gündür komanda ilə bir yerdəyik. Bu ayın əvvəllərində təlim-məşq toplanışında olduq, Gürcüstan yığmasına qarşı yoxlama görüşü keçirdik. MDB Oyunlarında qrupumuzda yer alan Tacikistan və Qırğızıstan keyfiyyətli komandalardır. Aqressivdirlər, meydanda çox qaçmağı, mübarizə aparmağı xoşlayırlar. Buna baxmayaraq, məqsədimiz yaxşı hazırlaşmaq və hər iki matçda qələbə qazanmaq olacaq. Turnir doğma vətənimizdə keçiriləcək. Qələbələrlə və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar. Zədə ilə əlaqədar bir neçə futbolçunu dəvət edə bilməmişik. Onların əvəzinə yeni oyunçular kollektivə cəlb olunublar. Hədəfimiz finala yüksəlmək və kuboku başımız üzərinə qaldırmaqdır. Arzumuza çatacağımıza inanıram”.
A qrupunda yer alan U-16 millimiz sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq. Qrupda birinci yeri tutacaq komanda oktyabrın 4-də final oyununa çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 Sentyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















