Icma.az
close
up
RU
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır

“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiyanın sabiq baş naziri Viktor Çernomırdinin məşhur ifadəsi var: "Bu, əvvəllər heç vaxt olmamışdı və budur, yenə oldu". Bu ironiyalı ifadə paytaxt Bakının içməli su təchizatına da aiddir. Hər il yay aylarında şəhərdə su qıtlığı yaranır, hər il təmir, infrastrukturun yaxşılaşdırılması, texniki xidmət adları altında işlər aparıldığı deyilir və növbəti ilə vəziyyətin düzələcəyi vəd edilir. Növbəti il gəlir - yenə eyni mənzərə, eyni problem, eyni qıtlıq...

Bəli, Azərbaycanın su ehtiyatları və olan suyun da itkisiz istifadəsi arzuolunan səviyyədə deyil. Amma paytaxtdakı bugünkü problem su ehtiyatlarının azlığı yox, məhz texniki məsələlərlə bağlıdır. Bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də rəsmən etiraf edir. Qurum rəsmi açıqlamasında bəyan edir ki, “su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb”.

Ardınca bildirilib ki, nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur və su qrafiklə verilir: “Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq”. 

Birincisi, “azalmalar” 2-3 saatlıq deyil. Elə ərazilər var ki, artıq bir həftədir bir damcı da su almır. Buna xüsusilə Yeni Günəşli və Qaraçuxur qəsəbələrinin müəyyən ərazilərini və şəhərin digər çoxsaylı hissələrini aid etmək olar. Bu ərazilərdə suyun olmaması təzyiqin aşağı olması ilə əlaqələndirilir. Təzyiqin aşağı olması isə müvafiq qurumun da etiraf etdiyi kimi, anbarlarda suyun olmaması ilə deyil, texniki məsələlərlə bağlıdır.

İkincisi, açıqlamada deyilir ki, problem müvəqqətidir və 2 günə “su tədarükünü stabilləşdirmək” mümkün olacaq. Ötən illərin təcrübəsi göstərir ki, bəzi rəsmi qurumlar yumşaq desək, vədlərinə sadiq deyillər. Bu halda da “2 gün” deyilirsə, bu rəqəmi azı 2-yə, yaxud 3-ə vurmaq lazımdır. “Müvəqqəti” sözü isə adətən bütün yaya aid edilir. Yəni ən azı yaxın bir həftə ərzində su təchizatının lazımi səviyyəyə çatdırılacağı inandırıcı deyil. Üstəlik, qurumun “su tədarükünü stabilləşdirmək” deyərkən, nəyi nəzərdə tutduğu da şərti məna daşıyır. Yəni “2 günə” hamı suyla normal qaydada, normal təzyiqlə təmin olunacaq, yoxsa şəhərin nisbətən hündür əraziləri yenə sudan əziyyət çəkməkdə davam edəcək? Bunu heç kim bilmir...

Nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, bu problem hər il yay gələr-gəlməz baş qaldırır. Olmazmı ki, müvafiq qurum həmin bu “su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər”i vaxtında, yay mövsümü öncəsi həyata keçirsin, yayın “cır-ha-cırında” yox?

Bir sözlə, illər dəyişir, su təsərrüfatının adı və ona rəhbərlik edənlər dəyişir, amma Bakının su problemi olduğu kimi qalır. Bunu bilən vətəndaşlar da hər yay olduğu kimi, su çənlərinin və su maşınlarının ümidinə qalırlar. Paytaxt sakinləri susuzluqdan qurtuluşun yollarını axtarırlar. Çəni olanlar vaxtında onları doldurmağa, olmayanlar isə çən almağa tələsirlər. Yeri gəlmişkən, ötən illərdə bəzi paytaxt rayonlarında yaşayış binalarının damındakı çənlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən yığışdırıldı. Lakin zaman və şərtlər həmin çənlərin yenidən bərpasını tələb edir. Yəni bir növ “çən dövrü”nə qayıdış baş verir. Əlbəttə ki, bu çənləri də doldurmağa su tapılsa...

Rasim

“AzPolitika.info”     

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyun 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri