Icma.az
close
up
RU
“Cənab, bu cəfəngiyatdır“: Tramp Ukrayna ilə bağlı sərt mübahisə zamanı Kelloqu “sarsaq“ adlandırıb

“Cənab, bu cəfəngiyatdır“: Tramp Ukrayna ilə bağlı sərt mübahisə zamanı Kelloqu “sarsaq“ adlandırıb

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kelloq Trampın Ukrayna narrativinə açıq meydan oxuyur..."

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq administrasiya daxilində dərin daxili qarşıdurmanın mərkəzinə düşüb. 

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Münhendən Oval kabinetə uzanan gərginlik

Nəşr yazır ki, səbəb Vaşinqtonun Kiyevə münasibətdə hansı xətti seçməli olması ilə bağlı kəskin fikir ayrılığıdır. 14 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı zamanı Kelloq Avropa və Ukrayna liderləri ilə görüşüb. Görüşlərdə transatlantik tərəfdaşlığın gələcəyi ilə bağlı açıq narahatlıq ifadə olunub. Polşanın baş nazirinin müavini Radoslav Sikorski birbaşa sual verib: "Bizim hələ də alyansımız varmı?"

Kelloq müttəfiqləri sakitləşdirməyə çalışaraq, özünü Tramp administrasiyasında "sizin ən yaxşı dostunuz" kimi təqdim edib. Lakin Vaşinqtonda müdafiə naziri Pit Heqsetin tərəfdarları onu Ağ Evdəki təcridçilərinə  qarşı "xətti qorumaqda" ittiham edib. Bu isə Kelloqun administrasiya daxilində autsayder kimi imicini daha da möhkəmləndirib.

Zelenski məsələsi və Trampın qəzəbi

Gərginliyi artıran əsas məqam "Fox News" kanalının reportajı olub. Reportajda Kelloqun Ukrayna prezidenti Vladimir Zelenskini "müharibə vəziyyətində olan bir millətin inadkar və cəsur lideri" kimi təqdim etməsi ilə Trampın onu daha əvvəl "seçkisiz diktator" adlandırması ilə müqayisə edilib.

Bundan sonra Oval kabinetdə keçirilən görüşdə Tramp nümayəndəsinin mövqeyinə sərt reaksiya verib: "Yəni siz Zelenskini cəsur adlandırırsınız?" -  Tramp soruşub. Kelloq cavabında bildirib: "Bəli, cənab. Bu, onun xalqının mövcudluğu uğrunda mübarizədir.

Sonuncu dəfə ABŞ prezidenti nə vaxt belə bir vəziyyətlə üzləşmişdi? Abraham Linkolnun dövründə". Nəşrin mənbələrinin bildirdiyinə görə, Tramp bu epizodu digər müşavirlərə danışarkən Kellogu "sarsaq" adlandırıb.

Ukraynanın zəifliyi tezisinə etiraz

Buna baxmayaraq, Kelloq Trampın Ukraynanın zəifliyi və Rusiyanın məğlubedilməzliyi barədə əsas tezisini açıq şəkildə təkzib edib. Prezident Ukraynanın istənilən halda ərazi itirəcəyini təkrarladıqda, Kelloq onun sözünü kəsib: "Cənab, bu cəfəngiyatdır. Ruslar məğlubedilməz deyil".

Bu mövqeni ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Keyn də dəstəkləyib. O, bildirib ki, Rusiya qoşunları zəif və qeyri-peşəkardır. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, hətta Pokrovskun ələ keçirilməsi halında belə, Rusiyanın Donetsk vilayətinin həmin bölgəsini tam nəzarətə götürməsi üçün 30 aya qədər vaxt lazım ola bilərdi.

Sonrakı hesablamalar bu müddəti 20 aya, hətta daha az vaxta endirib. Bu material ABŞ daxilində Ukrayna siyasəti ətrafında gedən səssiz, lakin kəskin daxili savaşın miqyasını və Tramp administrasiyasında mövcud dərin ziddiyyətləri açıq şəkildə ortaya qoyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Dekabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see184

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see134

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri