Icma.az
close
up
RU
Cənab İlham Əliyevin çıxışları problemlərin optimal həlli yollarını göstərir

Cənab İlham Əliyevin çıxışları problemlərin optimal həlli yollarını göstərir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 
Son dövrün ən qlobal problemlərindən olan enerji məsələsi indi də dünya dövlətlərinin diqqət mərkəzindədir. Təkcə enerji yox. Onun nəqli də problem olaraq qalmaqdadır. Bu istiqamətdə aparılan danışıqlar, görülməsi planlaşdırılan tədbirlər hələ son nəticəni əhatələmir. Belə məsələlərdən biri də Cənubi Qaz Dəhlizi və Yaşıl Enerji məsələsidir. Bunlar istər regionda, istərsə də dünya miqyasında xüsusi əhəmiyyətə malik olan məsələlər sırasındandır. Bu mühüm problemlərlə Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası məşğul olur. Cənub Qaz Dəhlizi Məşvərət Şurası Məşvərət Şurası miqyasında nazirlərin növbəti 11-ci, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası Bakıda oldu. Bu, etimadın göstəricisidir.
Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynamışdır.
Belə toplantıların başlıca mahiyyəti əməkdaşlığın gücləndirilməsidir. Ona görə ki, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələri uğurla həll edilə bilməz. Bu, gerçəklikdir, siyasi və iqtisadi baxımdan gerçəklikdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışı ilə bağlı mühüm bir tədbirdə komandanın genişləndiyini, bunu əməkdaşlığın çox yaxşı təzahürü olduğunu, vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayının artacağını diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış layihələrin mahiyyətini də bir daha açıqladı, yerinə yetirilməsinin istiqamətlərini də göstərdi, gələcək perspektivlərini də: “Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.
Azərbaycanın uzun illər etibarlı tərəfdaş olduğunu, Pan-Avropa qaz təchizatçısı kimi etibar və inam qazandığını, bu gün Azərbaycanın təbii qazının 12 ölkəyə çatdırıldığını, onlardan onunun  Avropa ölkəsi, səkkizinin Avropa İttifaqının üzvü olduğunu, Avropada qaz təchizatımızın coğrafiyasının birmənalı olaraq genişlənəcəyini, bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak etdiyimizi xatırladan dövlət başçımız çıxışında qeyd etdi ki, “Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün maliyyələşmə lazım olacaq. Burada vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır”.
Dövlət başçımız çıxışında həmçinin bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələrin bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcəyini, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacağını, həmin qazı ixraca yönəldəcəyini və s. xatırladaraq dedi ki, “...nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq...”.
Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkənin, 7 beynəlxalq maliyyə institutunun,  42 enerji şirkətinin qatıldığı, nazirlərin , nazir müavinlərinin, digər yüksəksəviyyəli nümayəndələrin iştirak etdiyi tədbir açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirdi.
Bakı dünyəvi proseslərin həlli üçün ən etibarlı ünvanıdır. Belə olmasaydı dünyanı düşündürən olduqca vacib məsələlər burda müzakirəyə çıxarılmazdı. Belə müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istiqamətləndirici çıxışları problemin optimal həlli yollarını göstərir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Aprel 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri