Cənab İlham Əliyevin nə qədər həssas və kövrək bir qəlbə malik olduğuna dəfələrlə şahidlik etmişik
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“2025-ci il "Konstitusiya və Suverenlik ili" münasibətilə cənab İlham Əliyev tərəfindən irəli sürülən və Azərbaycan dövlətçilik tarixinin ən böyük amnistiya təşəbbüsü əhatə dairəsinə görə bənzərsizdir. Amnistiyanın iyirmi min nəfərdən çox şəxsə şamil ediləcəyi gözlənilir. İyirmi min şəxs ən azından bir o qədər də ailənin, yüz minlərlə məhbus yaxınlarının sevinci və gələcək ümidi deməkdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm təşəbbüsləri bu gün də eyni siyasi xəttin davamı kimi uğurla həyata keçirilir”.
Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, Cənab İlham Əliyevin nə qədər həssas və kövrək bir qəlbə, ruha malik olduğuna dəfələrlə şahidlik etmişik:
“Dövlətimizin və xalqımızın düşmənlərinə, xəyanətkarlara qarşı amansız olduğu qədər, xalqına qarşı bir o qədər mərhəmətlidir cənab Prezident”.
Elçin Ağamalı bildirib ki, həyata keçiriləcək amnistiya ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir edəcəkdir:
“Humanizm təşəbbüsləri bütün cəmiyyətlərdə, dövlətlərdə və beynəlxalq təşkilatlarda hər zaman müsbət amil kimi qiymətləndirilir və dəyərləndirilir.
Azərbaycan dövlətinin gücü və qüdrəti artdıqca istər beynəlxalq, istərsə də daxili siyasət təşəbbüslərinin miqyası da böyüyür. Son amnistiya təşəbbüsünün miqyası da dövlətimizin gücünün göstəricisidir”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Prezidentimiz cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti ŞƏRH
07 İyul 2025 15:08
Cənab İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verir
04 Noyabr 2024 19:08
Birlikdən gücə: cənab Prezident İlham Əliyevin Düşənbə mesajı
13 Oktyabr 2025 17:32
Prezident İlham Əliyevin müsahibəsi 2025ci ilin Azərbaycan üçün vacib və mühüm tarixi hadisələrə şahidlik edəcəyini göstərir
14 Yanvar 2025 16:44
Cənab İlham Əliyevin çıxışları problemlərin optimal həlli yollarını göstərir
07 Aprel 2025 19:54
Baxış sayı:103
Bu xəbər 18 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















