Cənab Prezident İlham Əliyevin strateji baxışı: Bakı və Abşeronun su təhlükəsizliyi yeni inkişaf mərhələsində
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkənin kommunal infrastruktur siyasətində yeni və həlledici mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Dövlət başçısının çıxışı bir daha göstərdi ki, su təhlükəsizliyi məsələsi cənab Prezident İlham Əliyevin strateji gündəliyində enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi qədər prioritet mövqedə dayanır. Xüsusilə Bakı şəhəri və Abşeron yarımadası kimi əhalinin sıx məskunlaşdığı, sürətli urbanizasiya prosesləri gedən ərazilərdə bu məsələnin aktuallığı daha da artır.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, son illər ərzində ölkədə, o cümlədən Bakı və Abşeron yarımadasında əsas infrastruktur problemləri mərhələli şəkildə öz həllini tapmışdır. İçməli su mənbələrinin yaradılması, magistral xətlərin çəkilməsi, su təmizləyici qurğuların inşası və şəbəkələrin yenilənməsi sahəsində mühüm işlər görülmüşdür.
Xüsusilə Oğuz-Qəbələ-Bakı, Şollar-Bakı su kəmərləri, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu kimi layihələr paytaxtın su təminatında keyfiyyətcə yeni mərhələ yaratmışdır. Bu layihələr cənab Prezident İlham Əliyevin uzunmüddətli planlaşdırmaya əsaslanan dövlət idarəçiliyi modelinin real nəticələridir.
Bununla yanaşı, dövlət başçısı açıq şəkildə qeyd etdi ki, əldə olunan nəticələr mövcud problemlərin tam aradan qalxdığı anlamına gəlmir və yeni çağırışlar daha sistemli yanaşma tələb edir.
Müşavirədə səsləndirilən ən mühüm strateji hədəflərdən biri təxminən 30-a yaxın yeni su anbarının tikintisi və sayğaclaşdırmanın 100 faizə çatdırılması məsələsi oldu. Cənab Prezident İlham Əliyev bu istiqamətdə konkret tapşırıqlar verərək bildirdi ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün itkilərin minimuma endirilməsi və istehlak üzərində dəqiq nəzarət vacibdir.
Sayğaclaşdırmanın tam təmin edilməsi yalnız texniki məsələ deyil, eyni zamanda suya məsuliyyətli yanaşma mədəniyyətinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının bu məsələyə xüsusi diqqət ayırması, gələcəkdə su ehtiyatlarının qorunması və ədalətli bölgüsünün təmin olunmasına yönəlmiş uzaqgörən siyasətin göstəricisidir.
Yeni su anbarlarının tikintisi isə iqlim dəyişiklikləri fonunda artan risklərə qarşı strateji ehtiyat mexanizmi rolunu oynayacaq və Bakı ilə Abşeronun uzunmüddətli su təhlükəsizliyini təmin edəcək.
“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” kompleks və çoxşaxəli sənəd kimi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Proqramın əsas məqsədləri, Dayanıqlı və fasiləsiz su təchizatının təmin edilməsi, Yağış və tullantı sularının müasir standartlara uyğun idarə olunması, Şəhər infrastrukturunun iqlim dəyişikliklərinə davamlılığının artırılması və Ekoloji təhlükəsizliyin və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi.
Cənab Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, bu proqramın icrası ictimai nəzarət altında olmalı, mətbuatda geniş işıqlandırılmalı və vətəndaşlar görülən işlərdən xəbərdar edilməlidir. Dövlət başçısının “bir gün də yubanma olmamalıdır” fikri icra qurumları üçün aydın siyasi mesaj və ciddi məsuliyyət çağırışıdır.
Yanvarın 12-də keçirilmiş müşavirə bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyev su təsərrüfatı sahəsini strateji təhlükəsizlik məsələsi kimi qiymətləndirir və bu sahədə uzunmüddətli, sistemli və nəticəyönümlü siyasət həyata keçirir.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasının müasir, dayanıqlı və ekoloji baxımdan təhlükəsiz urban məkan kimi inkişafına xidmət edəcək. Bu proqramın uğuru isə birbaşa olaraq Prezidentin siyasi iradəsinin icra intizamı, şəffaflıq və məsuliyyətlə dəstəklənməsindən asılıdır.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatının fəalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















