Icma.az
close
up
RU
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj

Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


İlham İsmayılov: “İctimai nəzarət cəmiyyətlə dövlət arasında dialoqun güclənməsinə, qarşılıqlı etimadın formalaşmasına şərait yaratmış olar”
Demokratik cəmiyyətlərdə ictimai fikrin rolu, ona verilən önəmin dəyəri əsasdır. Mərkəzi idarəetmə sistemi bu kimi cəmiyyətlərdə verdikləri qərarlarda, qəbul etdikləri proqramlarda vətəndaş cəmiyyəti, ictimai fikrin rəyini mütləq mənada nəzərə alır. Bu paralel olaraq ictimai nəzarətin təmin olunmasına yol açır. Azərbaycan hakimiyyəti də bir qayda olaraq ictimai nəzarətə hər zaman ciddi diqqət yetirib. Cənab Prezident İlham Əliyev ölkənin bir nömrəli postuna seçildikdən bu günə qədər keçən müddətdə dəfələrlə istər keçirdiyi görüşlər, istərsə də verdiyi müsahibə və açıqlamalarda ictimai nəzarətin vacibliyini ön plana çəkib. İctimai nəzarət olmadan cəmiyyətin, dövlətin inkişaf edə bilməyəcəyini vurğulayıb. Elə bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə də dövlət başçısı bu məqama xüsusi diqqət ayırdı.
“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov Newscenter.az-a deyib ki, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibələrdə ictimai nəzarət məsələsinə toxunulması bu istiqamətdə aparılan islahatların və dövlət–cəmiyyət münasibətlərinin inkişafının bariz nümunəsidir. ATXƏM sədrinin sözlərinə görə, Prezidentin səsləndirdiyi fikirlər cəmiyyətin idarəetmə proseslərində fəal iştirakını təşviq etməklə yanaşı, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir:
“Dövlət başçısı çıxış və müsahibələrində dəfələrlə vurğulayıb ki, ictimai nəzarət dövlət idarəçiliyinin səmərəliliyini yüksəldən əsas amillərdən biridir. Vətəndaşların, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarının fəaliyyətini izləməsi və qiymətləndirməsi qanunların icrasında intizamın möhkəmlənməsinə səbəb olur. Bu nəzarət mexanizmi məmur özbaşınalığının qarşısını almağa, korrupsiya və sui-istifadə hallarını minimuma endirməyə imkan yaradır”.
İlham İsmayılov onu da qeyd edib ki, dövlət başçısının fikir və açıqlamalarından ruhlanaraq, qüvvət alaraq istər fərdi, istərsə də təşkilat olaraq rəhbərlik etdiyi qurum ictimai nəzarətin təmin olunması istiqamətində aktiv rol oynayıb, bir sıra tədbirlər keçirib:
“Hətta vaxtı ilə bizim bu məqsədlə yaratmış olduğumuz təşəbbüsə Dövlət Gömrük Komitəsinin 4-5 generalı da qoşulmuşdu və Zoom proqramı üzərindən keçirdiyimiz görüşlərə qatılırdı. Təxminən 60-70 təşkilat bizimlə bir yerdə idi. Həmin ərəfədə bir neçə dəfə ard-arda müzakirə təşkil etdik. Bir neçə QHT-nin yaratmış olduğu İctimai Nəzarət Mərkəzi bu prosesin əsas aparıcı qüvvəsi idi. Təəssüflər olsun ki, sonradan təzyiqlər edib həmin mərkəzi dağıtdılar. Məlumat üçün qeyd edim ki, həmin vaxt pandemiya dövrünə təsadüf etdiyi üçün görüşlərimiz onlayn qaydada baş tuturdu. Həmin görüşlərdə hər birimiz gömrükdə olan nöqsanları açıq şəkildə dilə gətirdik. Pandemiya zamanı ölkəyə gətirilən dərmanların qiymətlərinin süni şəkildə qalxmasına qarşı mübarizə aparırdıq. Bir neçə tədbirlərdən sonra bizə qarşı demək olar ki, mübarizə aparmalı oldular və eyni cəbhədə olan şəxsləri müxtəlif vasitələrlə bu prosesdən uzaqlaşdırdılar. Ona görə də bu prosesi mən, eləcə də həmin vaxt qrupda təmsil olunan digər təşkilat rəhbərləri fərdi qaydada davam etdirməli olduq. Pərakəndə şəkildə aparılan bu fəaliyyət o qədər də ciddi effekt vermirdi. Mən özüm internet televiziyalarının birində “İctimai nəzarət” adlı proqramla fəaliyyətimi davam etdirdim. Bizə edilən müraciətlər əsasında müxtəlif sahələrlə bağlı təxminən yüzlərlə adamın problemi həllini tapdı, onlara yönələn maneələr aradan qalxdı”.
İlham İsmayılov onu da diqqətə çatdırıb ki, Cənab Prezidentin “Biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq” fikirləri təsadüfi deyil və bu, Cənab Prezidentin cəmiyyətə ötürdüyü güclü bir mesajdır:
“Dövlət başçısının fikrincə, problemlərin vaxtında ictimai müstəvidə səsləndirilməsi onların operativ və effektiv həllinə imkan verir. İctimai nəzarət eyni zamanda korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında mühüm rol oynayır. Müxtəlif sahələrdə mövcud olan korrupsiya və rüşvətxorluq halları ilə bağlı faktları açıqlayıb ortaya qoymuşuq”.
İlham İsmayılov ümummilli lider Heydər Əliyevin də cəmiyyətdə olan nöqsanların aradan qaldırılmasına xüsusi diqqət ayırdığını, korrupsiya və rüşvətxorluq hallarına qarşı barışmaz olduğunu deyib. Ulu öndərin 2001-ci ildə sahibkarlarla keçirdiyi görüşə diqqət çəkən İlham İsmayılov deyib:
“Yaxşı yadımdadır, 2001-ci ildə ümummilli lider Heydər Əliyev sahibkarlarla görüş keçirirdi. Həmin görüşdə Heydər Əliyev imkan vermədi ki, çıxışlar yalnız tərif notları üzərində qurulsun. Ulu öndər bildirdi ki, yaxşı nə varsa, onları bilirk. Ancaq problemləri də dilə gətirmək lazımdır və hansı problemlər varsa, onlardan danışaq”.
ATXƏM sədri, “Bu gün daxili və xarici siyasətdə uğurlarımız kifayət qədərdir. Tarixi zəfərimizin qürurunu yaşayırıq. Diplomatiya sahəsində hər ötən gün demək olar ki, yeni bir uğura imza atırıq. Türk Dünyasının inteqrasiyası, Azərbaycanın bu prosesdə lokomotiv rolu oynaması sürətlənir. Bütün bunlarla yanaşı daxildə problemlərimiz də var və bunu etiraf etməliyik. Əgər həmin problemlər aradan qaldırılmasa uğurlarımız tam olmayacaq. Problemlərin əksəriyyəti də məmur özbaşınalığından qaynaqlanır. Ölkədə mövcud olan bu kimi neqativ hallar ümumi inkişafımıza mane rolu oynayır. Ona görə də Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi son müsahibəsindən irəli gələrək bildirmək istəyirəm ki, bütün vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər, özünü blogger adlandıraraq həqiqətən də qərəzsiz və tərəfsiz olaraq cəmiyyətin inkişafına peşəkar səviyyədə yanaşan insanlar belə hallara qarşı mübarizə aparmalıdır. Çünki Cənab Prezident ictimai nəzarətin yalnız tənqidi xarakter daşımamalı olduğunu, eyni zamanda konstruktiv yanaşma və sağlam təkliflərlə müşayiət edilməsinin vacibliyini xüsusi qeyd edib. Bu baxımdan ictimai nəzarət cəmiyyətlə dövlət arasında dialoqun güclənməsinə, qarşılıqlı etimadın formalaşmasına şərait yaratmış olar. Ona görə də dövlət başçısının dediyi kimi dözülməz, prinsipial və ardıcıl mübarizə aparılmalıyıq”,-deyə vurğulayıb.
İlham İsmayılov sonda bir təkliflə də çıxış edib:
“Təklif edirəm ki, sırf bu işlə məşğul olmaq istəyən təşkilat rəhbərlərinin qrupu yaradılsın. Bu qrupda olkə daxilində olan problemləri müzakirə edək və bəzi məsələləri ölkə başçısının dediyi kimi, siqnal formasında imzalarla Prezident Adminstrasiyasına və digər aidiyyəti qurumlara ünvanlayaq. Deyildiyi kimi, göndərilən məlumatlar ayrı-ayrı qurumlar tərəfindən baxılır və əgər qərəz yoxdursa, mütləq tədbir görülür.
Məsələn, bu il “Şəhərsalma və Memarlıq ili“ elan olunub. Bildiyimiz kimi, evlərin və digər tikintilərin sənədləşməsi ilə bağlı qərar verilsə də, yenə də problemlər davam etməkdədir. Bu işlərin həyata keçirilməsi ASAN kommunalda dövlət rüsumunu köçürüb, sənədləşmə işlərinin aparılmasindan ibarətdir. Lakin mövcud sənədləşmə olduğu halda, ayrı-ayrı qurumların ekspertləri tərəfindən yenidən sənədləşmə aparılması üçün işi asanlaşdırmaqdansa, daha da çətinləşdirən rəylər yazılır. Buna da aylarla vaxt və böyük vəsaitlər tələb olunur. Məhz elə bu bürokratik əngəllərə görə bu işlərin sona çatdırılması mümkün olmayıb. Elə ilk növbədə bu məsələdən başlamaq lazımdır. Bir çox sosial məsələlərlə, təhsil, səhiyyə, sahibkarlığın inkişafı və s. ilə bağı olan problemlərin konkret müzakirəsini aparmaq, bir neçə təşkilat rəhbərinin imzaları ilə qurumlar tərəfindən ört-basdır olmaması üçün mətbuat vasitəsilə ictimailəşdirək və aidiyyəti orqanlara ünvanlamaq lazımdır”.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Yanvar 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri