Icma.az
close
up
RU
Cenevrə danışıqları ərəfəsində Tehran Hörmüz boğazında hərbi təlim keçirib, Araqçi isə BAEA rəhbəri ilə görüşüb

Cenevrə danışıqları ərəfəsində Tehran Hörmüz boğazında hərbi təlim keçirib, Araqçi isə BAEA rəhbəri ilə görüşüb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 fevral, AZƏRTAC

İranın yüksəkrütbəli dəniz komandanı bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazı üzərində “tam 24 saatlıq kəşfiyyat dominantlığını” qoruyub saxlayır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İİKK Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Əlirza Təngsiri bu açıqlamanı fevralın 16-da Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən dünyanın ən strateji əhəmiyyətli boğucu nöqtələrindən biri olan boğazda hərbi təlimin başlamasından bir neçə saat sonra verib.

İranın dövlət mediası Təngsiriyə istinadla bildirib ki, İİKK Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazındakı nəzarəti yerüstü, hava və hətta yeraltı səviyyələrdə həyata keçirilir. Onun sözlərinə görə, bu kəşfiyyat məlumatları boğazdan gəmilərin təhlükəsiz keçidini təmin edir. Kontr-admiral əlavə edib ki, dəniz ticarətinin əhəmiyyətli bir hissəsini təşkil edən bu boğazdan hər gün 80-dən çox neft tankeri və konteyner gəmisi keçir.

Bu təlim ABŞ-nin Yaxın Şərqə ikinci hərbi gəmi göndərməsi fonunda keçirilir. Tehranla Vaşinqton arasında gərginliyin daha da artması isə Cenevrədə keçiriləcək danışıqların nəticələrindən asılı olacaq.

İranın xarici işlər naziri Abbas Araqçi bazar ertəsi günü Cenevrədə ABŞ ilə dolayı nüvə danışıqlarının növbəti mərhələsindən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi ilə danışıqlar aparıb. Görüşdən sonra “X” sosial media platformasında yazan Qrossi bildirib ki, fevralın 17-də Cenevrədə keçirilməsi planlaşdırılan vacib danışıqlara hazırlıq məqsədilə İranın yüksəkvəzifəli diplomatı ilə dərin texniki müzakirələr aparıb.

İran tərəfi bu hesabatın dərc olunduğu vaxt müzakirələrin məzmunu ilə bağlı rəsmi açıqlama verməyib, lakin mənbələr bildirib ki, danışıqlar İran-BAEA əməkdaşlığının davam etdirilməsi, zənginləşdirmə proqramı və 400 kq zənginləşdirilmiş uranın taleyi üzərində qurulub.

“Tasnim” xəbər agentliyi bildirib ki, Araqçi ilə Qrossi arasında keçirilən görüşlə nüvə danışıqları prosesi rəsmi olaraq bərpa edilib. Bundan başqa, Cenevrə danışıqlarında İran nümayəndə heyətinə iqtisadi, hüquqi və texniki mütəxəssislər cəlb olunub ki, bu da İranın yanaşmasının müsbət nəticəyə yönəldiyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Fevral 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri