Icma.az
close
up
RU
Cenevrədə Beynəlxalq İtkinlər Günündə azərbaycanlı ailələr aksiya keçirdi

Cenevrədə Beynəlxalq İtkinlər Günündə azərbaycanlı ailələr aksiya keçirdi

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ İtkin Ailələri" İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər sarayı" meydanında aksiya keçirib. 

News24.az xəbər verir ki, 30 Avqust - Beynəlxalq İtkinlər Günündə "Sınıq stul" abidəsi qarşısında keçirilən aksiyada azərbaycanlı itkinlərin şəxsi əşyaları, sənədləri sərgilənib.

Eyni zamanda, onların həyat hekayələrini izah edən, onların dili ilə insanlığa xitab edən şüarlardan ibarət orijinal kompozisiya təşkil edilib.

Aksiyada "Mənim üçün zaman dayanıb, fərqində olan varmı?" ("My time stopped! Who noticed?"), "Dünyada heç bir şərf məni isidə bilməz" ("No scarf warms me"), "Mənim hekayəm başa çatmayıb" ("My story has no end"), "Sənədlər buradadır, həyat isə itib" ("Documents are here, life is missing"), "Yoxa çıxmaq üçün deyil, yaşamaq üçün doğulmuşdu" ("Born to live, not to disappear"), "Nə arzular yarımçıq qaldı" ("Countless dreams - all unfinished"), "Ümid bu zər daşları qədər kiçilib" ("Hope is as tiny as these dice"), "Reyhan, sevgilim... Ancaq sükutum sənə çatır" ("Reyhan, my love… only my silence reaches you?"), "Diplomlar, arzular... - əvəzində illərin səssizliyi" ("Diploma, dreams... but suddenly, the silence of ages") şüarları nümayiş olunub, müxtəlif təsirli mesajlarla insanlığa xitab edilib. 

Aksiyada Cenevrə sakinləri müvafiq QR kod vasitəsilə itkinlər barədə ətraflı məlumatlarla tanış olub. Dinc aksiya zamanı insanlar azərbaycanlı itkin ailələrinə yaxınlaşaraq onlara təsəlli verməyə çalışıblar.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşüb, onlardan 6 nəfəri 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşənlərdir. İtkinlər içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs var. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Aksiya zamanı azərbaycanlı itkin ailələri bu hüquqlarına hörmətlə yanaşılmasını istəyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri