Cenk Tosun “Fənərbağça”dan ayrılmağa hazırlaşır AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 10 yanvar, AZƏRTAC
Türkiyə millisinin sabiq üzvü Cenk Tosun “Fənərbağça”dan ayrılmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Joze Mourinyonun komandada görmək istəmədiyi hücumçu karyerasını başqa klubda davam etdirməyə yaxındır. Belə ki, forvarda Superliqa təmsilçisi “Bodrumspor”dan ciddi maraq var. Hazırda tərəflər arasında danışıqlar gedir. Komandanın baş məşqçisi Volkan Dəmirəl təcrübəli futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm “Fənərbağça”nın heyətində 10 rəsmi matçda meydanda çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Cenk Tosun Fənərbağça dan ayrılır Uzaq Şərqə gedir
03 Mart 2025 17:33
Cenk Tosun Fənərbaxça dan ayrılır
07 Mart 2025 19:10
Cenk Tosunun Fənərbağça dan ayrılmasına Ceko MANE OLDU
26 Mart 2025 11:43
Cenk Tosun Fənərbaxça dan ayrılır: Yeni klubu məlum oldu
11 Mart 2025 17:07
Cenk Tosun Fənərbaxçadan ayrılacaq?
26 Dekabr 2024 13:15

