CENL nin növbəti illik iclası yekunlaşıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 iyun, AZƏRTAC
Avropa Milli Kitabxanaları Direktorları Konfransının (CENL) 40-cı illik iclası uğurla yekunlaşıb.
Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinə dair hesabatlar dinlənilib, kitabxanalarda süni intellektin tətbiqi, oxucu auditoriyalarının inkişafı, bərabərlik, müxtəliflik və inklüzivlik, eləcə də milli kitabxanaların istifadəçi məkanları və xidmətləri ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə rəqəmsal dövrdə çoxdilli mədəni irs məlumatlarının qorunması və onların süni intellektə hazırlıqlı Avropanın formalaşmasındakı rolu mövzularında təqdimatlar keçirilib.
İştirakçılar işçi qruplarında müzakirələr apararaq müasir kitabxana fəaliyyətinin aktual istiqamətləri üzrə fikir mübadiləsi həyata keçiriblər. Daha sonra işçi qruplarının nəticələri təqdim olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
İclas çərçivəsində Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası”, “Tükənməz xəzinə”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Lüksemburq Milli Kitabxanasının baş direktoru Claude Conterə təqdim edib.
Görüş zamanı kitabxanalar arasında əməkdaşlıq əlaqələri və gələcək birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir CENL-in prezidenti Frank Scholzenin yekun nitqi ilə başa çatıb. Həmçinin 2027-ci ildə keçiriləcək növbəti illik iclasın ev sahibi qismində İsveç Milli Kitabxanası təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 İyun 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















