“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Türkiyə teatrının aparıcı simalarından biri, “Cennet Mahallesi” serialında “Ethem” obrazı ilə məşhurlaşan aktyor Zihni Göktay 81 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçinin qızı Zeynep Göktay Dilbaz sosial media hesabında məlumat yayıb.
Türkiyə məbuatının məlumatına görə, Maltepe şəhərindəki qocalar evində yaşayan aktyorun axşam saatlarında halı pisləşib və Maltepe Xəstəxanasına aparılıb.
Reanimasiya şöbəsində müalicə alan Zihni Göktay orada vəfat edib.
Qeyd edək ki, 1945-ci ildə İstanbulda anadan olan Zihni Göktay 1973-cü ildən bəri İstanbul Şəhər Teatrlarının üzvüdür. Karyerası boyunca "Lüküs Həyat", "Kanlı Nigar", "Fiqaronun evliliyi", "On iki qəzəbli kişi", "Cibali Polis Bölməsi" və ən son "Gidiş Dönüş Moskva (Retro)" kimi çoxsaylı tamaşalarda rol alıb.
Həm kino, həm də televiziya tamaşaçıları tərəfindən yaxşı tanınan Göktay "Tosun Paşa", "Meraklı Köfteci", "Atla Gel Şaban", "Fahriye Abla", "Hababam Sınıfı Merhaba", "Hababam Sınıfı Askerde", "Hababam Sınıfı 3,5" kimi filmlərdə rol alıb.
Televiziyada "Kuruntu Ailesi", "Bizimkiler", "Üvey Baba", "Koçum Benim", "Cennet Mahallesi", "Mert ile Gert", "Ah Kalbim", "Yalan Dünya" və "Ulan İstanbul" kimi seriallarda canlandırdığı obrazlarla geniş populyarlıq qazanıb.


Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 06 İyul 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















