Cennifer Lopes Nikol Kidmanın keçmiş əri ilə gizli görüşür İDDİA
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Amerikalı müğənni və aktrisa Cennifer Lopesin şəxsi həyatı yenidən gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, sənətçi Ben Afflekdən boşandıqdan sonra Nikol Kidmanın keçmiş həyat yoldaşı, məşhur kantri ifaçısı Kit Urbanla yaxınlaşıb.
Məlumata görə, Lopeslə Urban arasında səmimi münasibət yaranıb. Onlar şəxsi problemlərini, yaşadıqları çətinlikləri bir-birləri ilə bölüşürlər. Hər iki məşhur şəxsi həyatını gizli saxlamağa üstünlük versə də, bir-birinin yanında özünü rahat hiss edir.
Cennifer Lopeslə Kit Urban uzun illərdir tanışdırlar. Onların dostluğu 2014-cü ildə “American Idol” musiqi yarışmasının 13-cü mövsümündə münsif kimi çalışdıqları dövrdə başlayıb. Həmin vaxt çəkiliş meydançasında onların bir-birinə xüsusi rəğbət bəslədiyi barədə söhbətlər dolaşırdı. Lakin hər ikisinin münasibətdə olması səbəbindən bu yaxınlıq romantik əlaqəyə çevrilməyib.
Sonradan hər iki sənətçinin ayrılıq yaşaması onların yenidən yaxınlaşmasına şərait yaradıb.
“Cennifer və Kit gizli görüşürlər. Onların imkanlarını və tez-tez eyni şəhərdə olmalarını nəzərə alsaq, bunu təşkil etmək o qədər də çətin deyil”, – mənbə bildirib.
Baxış sayı:152
Bu xəbər 11 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















