Cennifer Lopez Türkiyədə mağazadan qovuldu FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez İstanbul Festivalı çərçivəsində Türkiyədəki konsertindən öncə alış-veriş edərkən gözlənilməz bir hadisə ilə üzləşib.
Milli.Az "haberler"ə istinadla xəbər verir ki, müğənni İstanbulun məşhur ticarət mərkəzlərindən birində, mühafizəçilərinin müşayiəti ilə alış-veriş turuna çıxıb.
Vitrinləri maraqla incələyən Lopez bir neçə mağazada alış-veriş etsə də, bir brend mağazaya daxil olarkən təhlükəsizlik əməkdaşı tərəfindən dayandırılıb.
"Doluyuq" - deyə mühafizəçi bildirib. Lopez isə bu cavaba sakit yanaşaraq "Yaxşı, problem yoxdur" deyib və yoluna davam edib.
Hadisədən bir qədər sonra mağaza əməkdaşlarından biri müğənnini geri dəvət etsə də, Lopez təklifi nəzakətlə rədd edib.
Qeyd edək ki, Cennifer Lopez sabah İstanbulda - Yenikapı Event Hall səhnəsində 4-cü İstanbul Festivalı çərçivəsində böyük bir konsert proqramı ilə çıxış edəcək.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















