CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 oktyabr, AZƏRTAC
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadası bərpa olunandan bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına gedən və ya oradan çıxan 138 ticarət gəmisini ələ keçirdiyini açıqlayıb.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, CENTCOM rəisi admiral Bred Kuper dəniz blokadası nəticəsində İranın ən azı 25 milyard dollar dəyərində xam neft ixrac etməsinin qarşısının alındığını bildirib.
Admiral vurğulayıb ki, Hörmüz boğazına nəzarət İran tərəfindən deyil, ABŞ və regional tərəfdaşları tərəfindən həyata keçirilir.
Kuper həmçinin qeyd edib ki, Amerika ordusu son yeddi gün ərzində Fars körfəzindəki tərəfdaş ölkələrə Hörmüz boğazı vasitəsilə 100 milyon bareldən çox xam neftin təhlükəsiz daşınmasına kömək edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 18 Oktyabr 2026 03:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















