CENTCOM Trampı İrana qarşı hərbi əməliyyatların yeni variantları barədə məlumatlandıracaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 aprel, AZƏRTAC
Cümə axşamı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuperin İranda mümkün hərbi əməliyyatlarla bağlı yeni planlar barədə ABŞ Prezidenti Donald Trampa məruzə təqdim edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, “Axios” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. “CENTCOM danışıqlarda çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana qarşı qısa və sarsıdıcı zərbələr planı hazırlayıb. Çox güman ki, infrastruktur obyektləri də zərbələrə məruz qala bilər”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, Donald Trampa təqdim edilməsi gözlənilən digər plan Hörmüz boğazının bir hissəsini ələ keçirmək və onu kommersiya gəmiçiliyi üçün yenidən açmağa yönəlib. Belə bir əməliyyat quru qoşunlarının istifadəsini nəzərdə tutur.
Əvvəllər də müzakirə edilən və məruzədə yer ala biləcək digər bir variant isə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını ələ keçirmək üçün xüsusi təyinatlı qüvvələrin əməliyyatıdır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ Prezidentinin hazırda dəniz blokadasını Tehrana qarşı əsas təsir vasitəsi kimi görür, lakin İranın güzəştlərdən imtina edəcəyi təqdirdə hərbi əməliyyatlar bərpa oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 Aprel 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















