“Centlmen razılaşması” alınmadı: “Enerji müharibəsi” genişlənəcək...
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Rusiyanın Ukraynaya etdiyi son dron hücumları göstərdi ki, tərəflər enerji obyektlərinə zərbə endirməməklə bağlı beynəlxalq qurum və üçüncü dövlətlərin çağırışlarına əməl etmək niyyətində deyil. Bu hücumlar göstərdi ki, tərəflər arasında “centlmen razılaşması”na nail olmaq səyləri baş tutmadı.
Moderator.az-a xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ və Qərbin Ukraynaya verdiyi silahların Rusiya ərazisində tətbiqinə icazə verməsindən sonra, rəsmi Kiyevin də bu məsələdə aktivliyi artıracağı şübhəsizdir.
Ekspertlər heasb edir ki, müharibə uzandıqca həm Ukrayna, həm də Rusiya qələbəyə daha tez nail olmaq üçün “qısa yollar” axtarır ki, enerji infrastrukturunun - elektrik stansiyalarının, neft anbarlarının, qaz xətlərinin sıradan çıxarılması bu yollardan biridir. Buna görə də hər iki tərəf, xüsusilə də Rusiya Ukraynanın enerji obyektlərini sıradan çıxarmaqla qarşı tərəfi sülhə məcbur etməyə çalışır.
Müharibə uzandıqca “enerji müharibəsi”nin daha da genişlənəcəyi, mülki vətəndaşların bu qarşıdurmadan daha çox ziyan görəcəyi ehtimal edilir.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















