Icma.az
close
up
RU
Cənub bölgəsində şəhid ailələri ilə görüşlər

Cənub bölgəsində şəhid ailələri ilə görüşlər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əzərüd kəndi təkcə Astarada və cənub bölgəsində deyil, yurdumuzun hər guşəsində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun kəndi, yurdu kimi tanınır. Rayon mərkəzindən 30 kilometr ucqarda, sıldırım qayaların, uca dağların əhatəsində yerləşsə də, kəndə gediş-gəliş heç vaxt azalmır. Pəncəli Teymurovun adı bu yerlərin şərəf ünvanına, qürur rəmzinə çevrilib.

Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsinə baş çəkib, qardaşı Elbrusun övladının xeyir işində iştirak edib. Şəhidin anası Vahimə xanımı, ailə üzvlərini təbrik edərək onların sevincinə qoşulub.

Vahimə ana möhtərəm Prezidentimizin və dövlətimimizin yüksək diqqət və qayğısından ruhlanaraq sevincini bölüşüb:

– Çox həyəcanlıyam. Bu sevinci bizə bəxş edən hörmətli Prezidentimiz cənab İlham Əliyevə, birinci xanım əziz Mehriban Əliyevaya minnətdaram. Onlar daim şəhid ailələrinin yanındadırlar. Sevincimizə sevinir, kədərimiziə şərik olurlar. Allah xalqımıza əbədi sülh, əmin-amanlıq qismət eləsin! Ökəmiz gündən-günə inkişaf edir, dövlətçiliyimiz möhkəmlənir, Vətənimiz qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə sevinc, fəxarət hissi keçiririk. Qoy böyüyən uşaqlar, gənclər heç vaxt bizim gördüyümüz göz yaşlarını görməsinlər. Qürurluyam ki, belə bir müdrik Prezidentimiz var və bundan sonra çətin günlərimiz daha olmayacaq.

İgid soydaşımız 1981-ci il mart ayının 24-də dünyaya gəlib. O, qonşu Asxanakəran tam orta məktəbində təhsil alıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı-diversant taborunda yüksək peşəkarlıqla, şərəflə xidmət edib.

Xüsusi əməliyyatlarda, Aprel döyüşlərində düşmənə qan uddurur, Xocalı qurbanlarının, şəhidlərin qisasını alırdı. Əfsanəvi, təcrübəli kəşfiyyatçı “Qoca” ləqəbi ilə tanınırdı. Adı gələndə ermənilər lərzəyə düşürdü. Düşmən başına küllü miqdarda pul ayırmışdı.

Toyunda hamının deyib-güldüyü, sevindiyi anda mikrofonu götürüb arzusunu dilə gətirmişdi: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

Aprel döyüşlərində Pəncəli son damla qanına qədər düşmənlə vuruşaraq qəhrəmancasına şəhid oldu. Aprelin 11-də böyük izdihamla doğma Əzərüd kəndində torpağa tapşırıldı. Azərbaycan Ordusunda 17 il qüsursuz xidmət etdiyinə, döyüş tapşıqılarını yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə “Qüsursuz xidmətə görə” II və III dərəcəli, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif olundu.

Prezident İlham Əliyevin 7 noyabr 2025-ci ildə imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

Qəhrəmanın böyüyüb boya-başa çatdığı ata ocağı, uyuduğu məzar bu gün müqəddəs ziyarətgaha çevrilib. Keçən il noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Əzərüd kəndinə gələrək Pəncəli Teymurovun ailəsini ziyarət edib. Sonra şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyə baxış keçirilib, xatirəsi çox böyük ehtiramla yad olunub.

***

Masallı Qarabağ uğrunda döyüşlərdə 245 şəhid verib. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası yolunda şəhidlik zərvəsinə ucalmış igidlərin xatirəsi daim əziz tutulur. Masallı şəhərinin mərkəzində şəhidlər xiyabanı, qəhrəmanlar parkı salınıb.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallı rayonunun Boradigah qəsəbəsində də rayonun şəhid anaları ilə görüşüb. Süfrə arxasında onlarla əyləşərək hər birini övlad məhəbbəti ilə dinləyib, qayğıları ilə maraqlanıb, mənəvi təskinlik verib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri ilə mütəmadi görüşlərin keçirildiyini, onların müraciət və qayğılarının həssaslıqla qarşılandığını qeyd edib.

Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun anası Şadəstə Məmmədova, iki şəhid anası Ziba Əsgərova şəhid ailələrinə göstərilən yüksək diqqətə və misilsiz qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Anar Ələkbərov görüşlə bağlı instaqram hesabında paylaşımasında qeyd edib: “Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”.

Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğıları və sosial problemlərinin həlli rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrinin üzvləri ilə müntəzəm görüşür, onların vəziyyəti ilə maraqlanır, şəhidlərin anım və doğum günlərində yaxından iştirak edir. Şəhidlərin ailə üzvlərinin, qazilərin müalicəsinə dəstək göstərir, xəstələrə baş çəkərək qayğısını əsirgəmir.

İcra başçısının tapşırığı əsasında rayonun idarə, müəssisə və təşkilatları şəhid ailələri ilə yaşadıqları ünvanlarda görüşərək müraciətlərini dinləyir və həlli istiqamətində lazımi tədbirlər görürlər. Son dövrdə daxili imkanlar hesabına 7 şəhid ailəsi üçün fərdi evlər tikilərək istifadəyə verilib. Köhnə Alvadı kəndində şəhid Zöhrab Həsənov, Qodman kəndində Birinci Qarabağ müharibəsi şəhidi Rahim Zərbiyevin ailələri üçün təzə mənzillər inşa edilir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov daxili imkanları hesabına tikilən evlərdə aparılan təmir, tikinti işləri ilə yerindəcə tanış olur və dəstəyini əsirgəmir.

2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları zamanı Masallıdan 8 nəfər şəhidlik məqamına yüksəlib. Bu günlərdə icra başçısı Araz Əhmədov Masallıda və Bakı şəhərində torpağa tapşırılmış şəhid hərbçilərin məzarlarını ziyarət edib, ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanıb. Şəhidlərin keçdiyi şərəfli döyüş yolunun və göstərdikləri qəhrəmanlıqların gələcək nəsillərə nümunə olduğunu, əziz xatirələrinin heç zaman unudulmayacağını bildirib.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri